ELM VƏ TƏHSİL


Ədəbiyyat İnstitutunda “Elm günü” qeyd olunub

Bakı, 27 mart, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Elm günü”nə həsr olunmuş “Azərbaycan ədəbiyyatşünaslıq elmi: vəzifələr və problemlər” mövzusunda elmi sessiya keçirilib.

AZƏRTAC xəbər verir ki, sessiyanı giriş sözü ilə AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəyli açaraq “Elm günü”nün təsis olunması ilə bağlı Sərəncamına görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə kollektiv adından minnətdarlığını bildirib. Qeyd edilib ki, ölkəmizdə “Elm günü”nün təsis olunması elmə dövlət səviyyəsində böyük əhəmiyyət verilməsinin bariz göstəricisidir. Akademik institut əməkdaşlarının elm bayramını təbrik edib, onlara yaradıcı fəaliyyətlərində uğurlar arzulayıb. Azərbaycan ədəbiyyatşünaslığının tarixinə nəzər salan İsa Həbibbəyli dövlət müstəqilliyi illərində yeni inkişaf mərhələsinə qədəm qoyan bu elm sahəsində institutun əməkdaşlarının gördüyü işləri diqqətə çatdırıb. Qeyd olunub ki, bu elmi müəssisə ölkəmizdə ədəbiyyat siyasətinin müəyyən edilməsində və həyata keçirilməsində həmişə aparıcı mövqedə dayanıb. Son illər ərzində Ədəbiyyat İnstitutunda nizamişünaslıq, erkən yeni dövr Azərbaycan ədəbiyyatı, Azərbaycan mühacirət ədəbiyyatı, müstəqillik dövrü Azərbaycan ədəbiyyatı, ədəbi tənqid, mətbuat tarixi və publisistika, uşaq ədəbiyyatı şöbələrinin, füzulişünaslıq sektorunun fəaliyyətə başlaması Azərbaycan ədəbiyyatının daha dərindən və əsaslı şəkildə tədqiq edilməsinə geniş imkanlar yaradır.

Elmi sessiyada institutun direktor müavini, filologiya üzrə elmlər doktoru Əlizadə Əsgərli “Azərbaycan ədəbiyyatşünaslığı: problemlər və vəzifələr” mövzusunda məruzə ilə çıxış edib.

Tədbirdə institutun şöbə müdirləri, tanınmış professorlar çıxış edərək ölkəmizdə elmə göstərilən dövlət qayğısından danışıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.