ELM VƏ TƏHSİL


Ədəbiyyat İnstitutunun növbəti Elmi şurası

Bakı, 28 oktyabr, AZƏRTAC

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun növbəti Elmi şurası keçirilib.

Bu barədə AZƏRTAC-a institutun İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Elmi şuranı AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru akademik İsa Həbibbəyli açaraq gündəlikdəki məsələlərlə iştirakçıları tanış edib. O, Prezident İlham Əliyevin 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında 2021-ci il 5 yanvar tarixli Sərəncamına uyğun olaraq institutun həyata keçirdiyi tədbirlər və çap məhsulları haqqında məlumat verib. Nizami Gəncəviyə həsr olunmuş “Qardaş qələmlər”, “Türk ədəbiyyatı”, “İrfan”, “Üç cizgi” jurnallarının, Nüşabə Araslının, Fəridə Əzizovanın, Siracəddin Hacının kitablarının əhəmiyyətindən danışılıb. “Ədəbiyyat qəzeti”nin Ədəbiyyat İnstitutu və “Ulduz” jurnalı ilə birlikdə hazırladığı “Nizami Gəncəvi İli” xüsusi buraxılışının təqdimatının keçirildiyi, həmin mövzuda humanitar bölmə üzrə indiyədək 26 kitabın, 4 jurnalın işıq üzü gördüyü vurğulanıb.

Sonra institut əməkdaşlarının işə davamiyyəti, uşaq ədəbiyyatı üzrə “Abdulla Şaiq” mükafatının təsis olunması, “Nizami Gəncəvi: həyatı və yaradıcılığı” (Sənətkarın elmi pasportu seriyasından) monoqrafiyasının çapa tövsiyə olunması, “Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının 2021-ci il ikinci sayının Nizami Gəncəviyə həsr edilməsi məsələləri müzakirə olunub.

Filologiya elmləri doktoru, dosent Vaqif Yusifli “Ədəbi proses-2021” yaradıcılıq müşavirəsinin vaxtının dəyişdirilməsinə dair məsələləri diqqətə çatdırıb.

2020-2021-ci tədris ilində Ədəbiyyat İnstitutuna elmlər doktorluğu və fəlsəfə doktorluğu hazırlığı üzrə qəbul olan doktorant və dissertantların fərdi iş planlarının təsdiqi, 2021-ci ildə Ədəbiyyat İnstitutuna qəbul olan magistrantların fərdi iş planlarının, elmi rəhbər və dissertasiya mövzularının təsdiqi və digər məsələlər barədə Təhsil şöbəsinin müdiri sosiologiya üzrə fəlsəfə doktoru Samir Səttarov məlumat verib.

İnstitutun elmi katibi filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı çap məsələləri və digər işləri diqqətə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.