ELM VƏ TƏHSİL
Ədəbiyyat Muzeyində orta məktəb şagirdləri üçün virtual dərs
Bakı, 3 may, AZƏRTAC
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində 263 saylı tam orta məktəbin şagirdləri üçün açıq dərs keçirilib.
Bu barədə AZƏRTAC-a Ədəbiyyat Muzeyindən məlumat verilib. Bildirilib ki, dahi Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş virtual dərs muzeyin ekspozisiyasından birbaşa bağlantı ilə yerinə yetirilib.
Məruzəçi – muzeyin Elmin inkişafı və tədrisi layihələri şöbəsinin kiçik elmi işçisi Aysel Məhərrəmova məktəbin müəllim və şagirdlərinə süjetli xalılar üzərində nəqş olunmuş “Xəmsə” hekayətləri barədə ətraflı məlumat verib.
Açıq dərs məktəblilərin ifasında Nizami yaradıcılığından şeir parçalarının qiraəti və sual-cavabla davam edib.