ELM VƏ TƏHSİL


Ədəbiyyat Muzeyinə virtual ekskursiyalar davam edir

 Bakı, 29 aprel, AZƏRTAC

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə paytaxt məktəblilərinin növbəti virtual ekskursiyası təşkil olunub.

Ədəbiyyat Muzeyindən AZƏRTAC-a bildirilib ki, 203 saylı tam orta məktəbin müəllimləri və yuxarı sinif şagirdlərinin iştirak etdiyi videogörüşdə muzeyin Nizami Gəncəviyə həsr olunmuş ekspozisiya zalları sərgilənib.

Muzey izahatçıları - Komparativistika və bədii tərcümə şöbəsinin baş laborantı Aysel Bayramova və Ekspozisiyanın qorunması, izahı və audiomüşayiətin təmini şöbəsinin baş laborantı Aygün Abbasquliyeva tədbir iştirakçıları ilə Azərbaycan və rus dillərində ekskursiyalar aparıblar. Onlar dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin bədii irsi, əsərlərindəki insanpərvərlik ideyası və lirik əhval-ruhiyyə haqqında ətraflı məlumat veriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.