ELM VƏ TƏHSİL


Ədəbiyyat Muzeyinin Aran regional filialında “Açıq qapı” günü

Bakı, 18 may, AZƏRTAC

Beynəlxalq Muzeylər Günü münasibətilə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran regional filialında ənənəvi olaraq “Açıq qapı” günü təşkil edilib.

Bu barədə AZƏRTAC-a Ədəbiyyat Muzeyindən məlumat verilib. Bildirilib ki, “Açıq qapı” günündə şəhid ailələri, hərbçilər, rayon sakinləri, şəhərin qonaqları, eləcə də rayonun ümumtəhsil məktəblərindən, mədəni-maarif müəssisələrindən çoxlu sayda ziyarətçilər muzeyin qonağı olub və zəngin ekspozisiya ilə ödənişsiz tanış olublar. Gün ərzində əməkdaşlar muzeyi ziyarət edənlərə Azərbaycanın mədəni irsi, klassik ədəbiyyatımız barədə ətraflı məlumat verib, onları müxtəlif mədəniyyət nümunələri, rəsm və heykəltaraşlıq əsərləri ilə yaxından tanış ediblər.

“Heydər Əliyev İli” çərçivəsində muzeydə yaradılan Heydər Əliyev guşəsində ziyarətçilərə milli-mənəvi dəyərlərimiz, folklorumuz, dil tariximiz, musiqimiz, ədəbiyyatımız, mədəniyyətimizlə bağlı Ulu Öndərin gördüyü işlər, verdiyi tarixi qərarlar, dahi liderin proqram xarakterli çıxışları barədə geniş məlumat verilib.

Muzeyi ziyarət edən qonaqlar ekspozisiya ilə ətraflı tanışlıqdan məmnun qaldıqlarını bildiriblər. Ziyarətçiləri, xüsusilə şagirdləri maraqlandıran suallar muzey əməkdaşları tərəfindən cavablandırılıb. Qonaqlar muzeyin rəy və təkliflər kitabına ürək sözlərini yazıblar.

Ekspozisiyalar qarşısında məktəblilərin klassiklərin əsərlərindən ibarət hazırladıqları kompozisiyalar ziyarətçilərin marağına səbəb olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.