ELM VƏ TƏHSİL


Ədəbiyyat Muzeyinin Aran regional filialının rəhbəri “Vətən naminə” medalı ilə təltif edilib

Bakı, 20 noyabr, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi tərəfindən “Vətən naminə” medalı ilə təltif edilib.

Muzeydən AZƏRTAC-a bildiriblər ki, Y.Bahadurqızı bu mükafata 2016-cı ilin aprelində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş, ölümündən sonra “Azərbaycan Bayrağı” ordeninə layiq görülmüş Mİ-24 hərbi helikopterinin ekipaj üzvü, baş leytenant Əbu Bəkr İsmayılovun xatirəsinə həsr etdiyi “Hay ver mənə, cənab leytenant” kitabına və hərbi vətənpərvərlik mövzusunda keçirdiyi tədbirlərə görə layiq görülüb.

Bu münasibətlə “Azərkitab” Kitab Yayımı Mərkəzində təltifetmə mərasimi keçirilib.

Tədbirdə şəhid Əbu Bəkr İsmayılovun anası Rəna İsmayılova, yazıçı-publisist, naşir Qəşəm İsabəyli, “Ulu məkan” qəzetinin redaktoru Əli Vahid Çaylı, “Mingəçevir işıqları” qəzetinin redaktoru Fərman Nəbiyev, “Söz” jurnalının redaktoru Sevda Əlibəyli, “Azərkitab” Kitab Yayımı Mərkəzinin ictimaiyyətlə əlaqələr üzrə icraçı direktoru Mədət Məmmədov və digərləri çıxış edərək ordumuzun zəfərlərində əsas amillərdən birinin xalqımızın zəngin milli-mənəvi dəyərləri və sarsılmaz vətənpərvərlik ruhu olduğunu bildirib, Vətən uğrunda canlarını fəda edən oğulların heç vaxt yaddan çıxmayacağını vurğulayıblar.

Çıxış edənlər, həmçinin Y.Bahadurqızının ictimai-siyasi və elmi fəaliyyətindən, hərbi vətənpərvərlik prinsiplərinin həyata keçirilməsi istiqamətində gördüyü işlərdən danışıb, ona gələcək fəaliyyətində uğurlar arzulayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.