ELM VƏ TƏHSİL


Ədəbiyyat Muzeyinin doktorant və dissertantları üçün maarifləndirici onlayn seminar

Bakı, 23 fevral, AZƏRTAC

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Təhsil şöbəsi tərəfindən muzeyin doktorant və dissertantları üçün maarifləndirici onlayn seminar keçirilib.

Bu barədə AZƏRTAC-a Ədəbiyyat Muzeyindən məlumat verilib. Bildirilib ki, tədbirdə Təhsil şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Kəmalə Nuriyeva Ali Attestasiya Komissiyasının dissertasiyaların tərtibi və müdafiəyə təqdim olunması haqqında yeni qayda və qərarlarını muzeyin fəlsəfə doktoru və elmlər doktorluğu hazırlığı üzrə doktorant və dissertantlarının diqqətinə çatdırıb. Bildirilib ki, yeni qaydalara əsasən, fəlsəfə doktoru üzrə iddiaçılar yalnız xarici dil və ixtisas fənnindən imtahanlar verəcəklər.

Daha sonra dissertasiya işləri və avtoreferatların həcmi, tərtibi qaydaları, eləcə də müzakirə və müdafiə mərhələləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, zəruri informasiyanı yalnız Dövlət İmtahan Mərkəzinin və Ali Attestasiya Komissiyasının yenilənmiş saytından, həmçinin Ədəbiyyat Muzeyinin rəsmi veb-portalından əldə etmək məqsədəuyğundur.

Seminarda elmlər doktorluğu hazırlığı üzrə iddiaçıların elmi nəticələrinin beynəlxalq xülasələndirmə və indeksləmə sisteminə (bazalarına) daxil olan dövrü elmi nəşrlərdə dərci barədə də fikir mübadiləsi aparılıb.

Müzakirələrdə muzeyin doktorantları Gülnar Əqiq, Dilbər Hüseynova, Dinara Muxtarova, Natəvan Bağırova, filologiya üzrə fəlsəfə doktorları Raminə Məmmədova və Əfsanə Məmmədova iştirak ediblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.