MƏDƏNİYYƏT


Ədəbiyyat Muzeyinin əməkdaşı Nizami Gəncəviyə həsr olunan videokonfransda iştirak edib

Bakı, 23 fevral, AZƏRTAC

Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyi və Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin dəstəyi ilə Moskva şəhərinin K.Kərimov adına 1583 nömrəli ümumtəhsil məktəbində “Sözün gücü” adlı videokonfrans keçirilib.

Ədəbiyyat Muzeyindən AZƏRTAC-a bildirilib ki, tədbirin əsas mövzusu bu il ölkəmizdə 880-ci ildönümü qeyd olunan dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin dövrü və yaradıcılığı olub.

“Nizami Gəncəvi tarixdə və bu gün” mövzusunda müxtəlif çıxışların səsləndiyi videokonfransda Ədəbiyyat Muzeyinin Ədəbi mərasimlər və nəşrlər şöbəsinin böyük laborantı, izahatçı Zarema İbrahimova da iştirak edib. O, tədbirdə muzeyin böyük sənətkara həsr olunmuş ekspozisiya zalları barədə ətraflı izahat verib. Zarema İbrahimovanın çıxışı muzeyin Nizami zalında sərgilənən nəfis xalıların, heykəllərin, miniatür və tabloların videogörüntüləri ilə müşayiət olunub.

Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş “Sözün gücü” adlı videokonfrans Moskva məktəblilərinin ifasında Nizami lirikasına məxsus qəzəllərin, “Sevgili canan” romansının ifası ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.