ELM VƏ TƏHSİL


Ədəbiyyat Muzeyinin əməkdaşları beynəlxalq tədbirdə məruzələrlə çıxış ediblər

Bakı, 9 sentyabr, AZƏRTAC

Türkiyənin Adnan Menderes Universitetində azərbaycanlı tarixçi-alim Kamil İbrahimovun xatirəsinə həsr olunmuş beynəlxalq konfrans keçirilib. “Balkanlar, Anadolu, Qafqaz və Türküstan coğrafiyası, sənəti, mədəniyyəti, tarix və folkloru” adlı I Beynəlxalq konqresdə müxtəlif ölkələrin ali təhsil və elm ocaqları ilə yanaşı, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) alimləri də təmsil olunublar.

Bu barədə AZƏRTAC-a AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyindən məlumat verilib. Bildirilib ki, muzeyin bir qrup əməkdaşı beynəlxalq tədbirdə maraqlı məruzələrlə çıxış edib. Azərbaycan ədəbiyyatı, dünya ədəbiyyatı, muzeyşünaslıq sahələrini əhatə edən məruzələr iştirakçılara slayd nümayişləri ilə təqdim olunub.

Muzeyin Mətbuat və informasiya şöbəsinin müdiri Nəzmiyyə Yigitoğlunun “Azərbaycan xalqının məcburi köç faciəsi “Xəzərin göz yaşları”nda”, Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatının tədqiqi və təqdimi şöbəsinin böyük elmi işçisi Gülnar Əqiqin “Qacarlar sarayının İrəvandan olan tarixi şəxsiyyətləri”, Mədəni irs və mənbəşünaslıq şöbəsinin kiçik elmi işçisi Gülsəba Həsənovanın “Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin ölkə xaricindəki memoriallar və heykəllərin yaradılmasındakı fəaliyyəti”, Ədəbi mərasimlər və ictimai nəşrlər şöbəsinin böyük laborantı Zarema İbrahimovanın “Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi və onun zəngin ekspozisiyası” mövzusunda məruzələri maraqla qarşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.