ELM VƏ TƏHSİL


“Ədəbiyyat biliciləri” müsabiqəsinin ilk mərhələsi yekunlaşıb

Bakı, 16 yanvar, AZƏRTAC 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil müəssisələrində keçirilən “Ədəbiyyat biliciləri” müsabiqəsinin məktəb mərhələsi başa çatıb.

İdarədən AZƏRTAC-a bildirilib ki, müsabiqənin nəticələrinə əsasən, 260-ı VII-VIII, 269-u isə X-XI sinif şagirdlərindən ibarət olmaqla, ümumilikdə 529 nəfər məktəb mərhələsində qalib gələrək rayon (şəhər) turunda iştirak etmək hüququ qazanıb.

Qeyd edək ki, yanvar-fevral aylarında keçirilməsi nəzərdə tutulan rayon (şəhər) mərhələsində şagirdlər 3 saat vaxt ərzində yazılı tapşırıq yerinə yetirəcəklər. Tapşırıqların cavabları müvafiq meyarlar əsasında qiymətləndiriləcək.

Müsabiqənin yekun turu isə mart-aprel aylarında Bakı şəhərində təşkil olunacaq. Finalda müsabiqə iştirakçıları 3 variantda təklif olunmuş mövzulardan birini seçərək inşa yazmalı və sorğu vərəqində onlara təqdim olunmuş 10 sualı yazılı cavablandırmalıdırlar.

İnşa yazı 10 ballıq şkala üzrə, 10 sualın hər biri isə maksimum 10 balla qiymətləndiriləcək. Hər bir iştirakçının yekun balı hər iki tapşırığa verilən ballar əsasında müəyyən olunacaq.

Müsabiqədə I, II, III yerlərə layiq görülmüş iştirakçılar mükafatlandırılacaq.

“Ədəbiyyat biliciləri” müsabiqəsinin keçirilməsinin əsas məqsədi şagirdlərin Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında məlumatlılıq səviyyəsini artırmaq, ədəbiyyat nümunələrinin məktəblilər tərəfindən mütaliə olunması vəziyyətini öyrənmək və mütaliə sahəsində xüsusi fəallığı ilə fərqlənən şagirdləri aşkara çıxarıb rəğbətləndirməkdən ibarətdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.