DÜNYA


Adel əl-Asumi yenidən Ərəb Parlamentinin spikeri seçilib

Qahirə, 1 oktyabr, AZƏRTAC

Misir paytaxtında Ərəb Parlamentinin növbədənkənar sessiyası keçirilib.

AZƏRTAC xəbər verir ki, ərəb ölkələrinin parlamentlərinin 66 nümayəndəsinin iştirak etdiyi iclasın gündəliyində qurumun sədrinin seçilməsi məsələsi olub.

Səsvermədə Ərəb Parlamentinin hazırkı spikeri Adel Əbdülrəhman əl-Asumi nümayəndələrin 51-nin səsini toplayıb. O, yenidən bu quruma sədrlik edəcək. Sessiyada Ərəb Parlamentinin dörd vitse-spikeri də seçilib.

Ərəb Parlamentinin yeni mövsümdə ilk plenar iclası oktyabrın 4-də olacaq. Parlamentarilər komissiyaların tərkibini təsdiq edəcəklər.

Qeyd edək ki, Ərəb Parlamentinin spikerinin başçılıq etdiyi nümayəndə heyəti ötən ilin noyabrında Bakıda keçirilən Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin təsis iclasında iştirak etmişdi.

 
Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.