MƏDƏNİYYƏT


“Adət” tamaşası Şabranda nümayiş olunacaq

“Adət” tamaşası Şabranda nümayiş olunacaq

Bakı, 22 may, AZƏRTAC

Qusar Dövlət Ləzgi Dram Teatrının kollektivi mayın 24-də Şabran rayon Mədəniyyət Mərkəzində Turqut Özakmanın “Adət” tamaşasını nümayiş etdirəcək.

AZƏRTAC xəbər verir ki, tamaşa Mədəniyyət Nazirliyinin regionlara təşkil edəcəyi qastrol səfərləri çərçivəsində göstəriləcək.

Xatırladaq ki, Mədəniyyət Nazirliyi Ümummilli Lider Heydər Əliyevin 100, peşəkar milli teatrın yaranmasının 150 illiyinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində may ayı üçün regionlara qastrol səfərlərinə start verəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.