CƏMİYYƏT


Adı “Qırmızı kitab”a düşmüş quş və qanunsuz balıq ovu ilə məşğul olan brokonyerlər saxlanılıb VİDEO

Bakı, 13 fevral, AZƏRTAC 

Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatda Baş Polis İdarəsi Su Nəqliyyatında Polis İdarəsinin İmişli Xətt Polis Məntəqəsinin (XPM) 3 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin əməkdaşlarının birgə keçirdiyi reyd zamanı qanunsuz balıq ovu ilə məşğul olan bir neçə brokonyer saxlanılıb.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, keçirilən əməliyyat zamanı Saatlı rayon sakini Nizam Əliyev saxlanılıb. Qanunsuz balıq ovu ilə məşğul olan həmin şəxsdən 43 durna balığı, 24 daban balığı, 1 akkumulyator, 1 elektrik artırma cihazı (balıq ovlama ləvazimatı), 1 fonar, 1 rezin qayıq və digər əşyalar götürülərək su polisinin əməkdaşları tərəfindən protokollaşdırılıb.

N.Əliyev tutduğu əməldən peşman olduğunu bildirib. Saxlanılan şəxslə aparılan profilaktiki söhbətlər zamanı ona balıq ovu ilə məşğul olmağın qanuni yolları izah edilib.

İmişli Xətt Polis Məntəqəsinin 3 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin birgə keçirdiyi daha bir tədbir zamanı qanunsuz ov etdiyinə görə Saatlı rayonu Soltanabad kənd sakini Şəhriyar Əsgərov da saxlanılıb. Saxlanılan şəxsdən baxış zamanı adı “Qırmızı kitab”a düşmüş iki bərzək quşu, bir ov silahı və patron götürülüb.

Su polisinin keçirdiyi növbəti tədbir zamanı kustar üsulla (gərginlik artıran cihazla) qanunsuz balıq ovu ilə məşğul olan daha bir şəxs - Tovuz rayon sakini Qələndər Məmmədov da saxlanılıb. Həmin şəxsdən 110 qara balıq götürülüb. Qanunsuz balıq ovlayarkən saxlanılan şəxs etiraf edib ki, su polislərinin gəldiyini görüb “domça” adlandırılan balıqovlama vasitəsini suya atıb. Araşdırma zamanı Q.Məmmədovun 6 ay əvvəl də qanunsuz balıq ovu ilə məşğul olduğu üçün Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıldığı və xəbərdarlıq edildiyi məlum olub. Amma həmin şəxs xəbərdarlığa məhəl qoymayaraq yenidən qanunsuz olaraq balıq ovu ilə məşğul olduğu üçün yenidən saxlanılıb.

Qeyd edək ki, Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən xidməti ərazilərdə regionlarda balıqları antisanitariya şəraitində hisə verən, insan sağlamlığına ciddi fəsad yetirən elektrik avadanlığı ilə balıq ovlayan, adı “Qırmızı kitab”a düşmüş quşları ovlayan, həmçinin balıq qumlarının daşınmasının qarşısının alınması, Mingəçevir şəhərində krevetkaların kütləvi şəkildə qanunsuz olaraq tutanlara qarşı mübarizə istiqamətində mütəmadi olaraq tədbirlər davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.