ELM VƏ TƏHSİL


Adıgözəl Həbibov: İyulun 14-də və 15-də qəbul imtahanları təlimat qaydalarına tam uyğun keçirilib

Bakı, 15 iyul, AZƏRTAC

İyulun 14-də və 15-də qəbul imtahanları tam təlimat qaydalarına uyğun keçirilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) sektor müdiri Adıgözəl Həbibov canlı yayımda bildirib. O, abituriyentlərə yaddaş kitabçasını diqqətlə oxumağı tövsiyə edib.

Qeyd edək ki, III və II ixtisas qrupu üzrə test tapşırıqları ilə bağlı geniş izahat aparılır və  DİM-in yutub və feysbuk səhifələrində canlı yayımlanır.

Xatırladaq ki, iyulun 14-də III ixtisas, iyulun 15-də isə II ixtisas qrupu üzrə qəbul imtahanları keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.