CƏMİYYƏT


Adil Əliyev: Gənclərimiz digər meydanlarda mübarizələrini ləyaqətlə davam etdirirlər

Adil Əliyev: Gənclərimiz digər meydanlarda mübarizələrini ləyaqətlə davam etdirirlər

Bakı, 2 fevral, AZƏRTAC

Prezident İlham Əliyevin dediyi kimi, döyüş meydanında Qələbə qazansaq da, mübarizəmiz hələ davam edir. Gənclərimiz hazırda digər meydanlarda mübarizələrini ləyaqətlə davam etdirirlər.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev fevralın 2-də Gənclər Günü münasibətilə “Heydər Əliyev - müasir Azərbaycan gənclər siyasətinin banisi” mövzusunda parlamentdə keçirilən ictimai dinləmədə deyib.

Adil Əliyev bildirib ki, vətəndaş cəmiyyəti nümayəndələrinin və QHT-lərin Laçın-Xankəndi yolunda keçirdikləri ekoloji aksiyada gənclərimiz fəal və yorulmadan iştirak edirlər. “Gənclərimizin bu əzmi Azərbaycan cəmiyyətində müsbət qarşılanır. Həqiqətən orada gənclərimiz əsl vətənpərvərlik nümunəsi göstərir, dərsliklərə düşəcək bir fəaliyyətdə iştirak edirlər. Bu aksiyanın əks-sədası hətta dünyada ən yüksək qurum olan BMT Təhlükəsizlik Şurasının iclasına qədər gedib çıxdı və müzakirələrə səbəb oldu. Amma sonunda qazanan biz olduq. Ermənipərəst qüvvələrin təsiri ilə Fransanın təklifi əsasında BMT-də ölkəmizə qarşı qərar çıxarılmasının qarşısı alındı”, - deyə Milli Məclis sədrinin müavini vurğulayıb.

Adil Əliyev qeyd edib ki, əldə olunan bu uğur dövlətimizin başçısının diplomatiyasının və sağlam vətənpərvər Azərbaycan gəncliyinin qələbəsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.