Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Adil Əliyev: Qaradağ GES Azərbaycanın “yaşıl artım” ölkəsinə çevrilmək üzrə milli prioritetinə xidmət edəcək

Adil Əliyev: Qaradağ GES Azərbaycanın “yaşıl artım” ölkəsinə çevrilmək üzrə milli prioritetinə xidmət edəcək

Bakı, 18 mart, AZƏRTAC

Prezident İlham Əliyevin yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsi zamanı açıqlamaları növbəti illərdə Azərbaycanda bərpaolunan enerji sektorunun geniş inkişafının anonsunu verdi. Müsahibədən bir gün sonra 240 meqavat gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirildi. Bu elektrik stansiyası 100 faiz xarici sərmayə hesabına inşa olunacaq. Sərmayəni yatıran və stansiyanı inşa edən şirkət Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətidir. Martın 15-də isə Prezident İlham Əliyevin iştirakı ilə daha bir böyük bərpaolunan enerji layihəsinin - Qaradağ Günəş Elektrik Stansiyasının təməli qoyuldu. 230 meqavat gücündə olan bu stansiya layihəsinin icraçısı və sərmayədarı bir çox ölkələrdə uğurlu layihələri ilə tanınan Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətidir.

AZƏRTAC xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Adil Əliyev bildirib.

O qeyd edib ki, “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının ardınca Qaradağ Günəş Elektrik Stansiyasının inşasına başlanması ondan xəbər verir ki, Azərbaycanda bütün bərpaolunan enerji növlərinin istehsalı inkişaf etdiriləcək. Çünki buna həm ölkənin iqlimi və təbii-coğrafi şəraiti imkan verir, həm də Azərbaycandakı iqtisadi mühit münbitdir və siyasi iradə də var. Artıq gələcəkdə Xəzər dənizinin bərpaolunan enerji potensialının reallaşdırılması perspektivləri gündəmə gəlməkdədir. Belə ki, Xəzər dənizində yaşıl hidrogen yanacağının istehsalı ilə bağlı fikirlər səsləndirilir, müzakirələr aparılır.

A.Əliyev vurğulayıb ki, Azərbaycanda növbəti onillik üçün sosial-iqtisadi inkişafın beş Milli Prioriteti müəyyən edilib. Həmin prioritetlərdən biri təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi adlanır. Bərpaolunan enerji mənbələrinin inkişafi təmiz ətraf mühit üçün zəruridir. Çünki dünyada atmosferə buraxılan, qlobal istiləşmə və iqlim dəyişikliyinə əsas səbəb kimi qiymətləndirilən karbon dioksid və ya istixana qazı tullantıları ənənəvi enerji növlərindən əmələ gəlir. Bu baxımdan bərpaolunan enerji mənbələri ətraf mühitin və ekologiyanın təmizliyinin qorunması üçün önəmlidir. Buna görə də artıq dünyada “yaşıl artım” və “yaşıl iqtisadiyyat” konsepsiyaları meydana gəlib.

“İstənilən ölkənin inkişafı və iqtisadi artımı üçün elektrik enerjisi zəruridir. Bu kontekstdə, bir tərəfdən iqtisadi artımı təmin etmək, digər tərəfdən isə ətraf mühiti qorumaq və qlobal istiləşmənin qarşısını almaq kimi bir-birinə ziddiyyət təşkil edən iki məqsədə nail olmaq problemi bəşəriyyət və elm adamları qarşısında dayanan böyük çağırışdır. Bu problemi həll etmək axtarışları “yaşıl artım” və ya “yaşıl iqtisadiyyat” kimi konsepsiyaların yaranması ilə nəticələnmişdir. Məhz bu yolla həm iqtisadi artıma və inkişafa nail olmaq, həm də ətraf mühiti qorumaq olar. Belə yanaşma isə həm də mədəniyyət məsələsidir, çünki insanların və cəmiyyətin davranış və yaşam tərzləri ilə, bəşəriyyətin gələcəyi ilə bağlıdır. Ona görə də bərpaolunan enerji mənbələrinin inkişaf etdirilməsi mütərəqqi dünyada bir ümumbəşər dəyər, mədəniyyət və kimlik göstəricisinə çevrilməkdədir. “Yaşıl artım”, “yaşıl iqtisadiyyat” kimi konsepsiyalara paralel surətdə “yaşıl mədəniyyət” fenomeni də formalaşmaqdadır”, - deyə Milli Məclis sədrinin müavini əlavə edib.

O deyib ki, Azərbaycan da mütərəqqi bir dövlət olaraq “yaşıl artım” ölkəsinə çevrilməyi növbəti onillikdə milli prioritet kimi müəyyənləşdirib və bu sahədə fəal işlər görür. Əminliklə demək olar ki, Azərbaycan “yaşıl artım” və bərpaolunan enerji mənbələrinin inkişafı meyarları baxımından da regionun lider dövlətidir.

Xarici sərmayədarların ölkəmizdə bərpaolunan enerji layihələrinə qoşulması Azərbaycanda investisiya mühitinin cəlbediciliyini göstərir. Eləcə də belə layihələr Azərbaycanın Avropanın enerji təhlükəsizliyində iştirakı yollarını şaxələndirməyə imkan yaradacaq.

Hazırda Azərbaycan Avropaya neft və qaz ixrac etməklə enerji təhlükəsizliyinə töhfə verir. Gələcəkdə isə Azərbaycanın həm də bərpaolunan təmiz enerji mənbələri hesabına istehsal edilən elektrik enerjisini Avropaya və digər ölkələrə ixrac edəcəyi gözləniləndir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ İsrailin İrana hücumu barədə məlumatlandırılıb

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Kürdə batan atanın meyiti tapılıb, 6 yaşlı qızı hələ də axtarılır

Mali frankdan imtina etmək istəyir

Dubay aeroportu fəaliyyətini qismən bərpa edib

Fransanın daxili işlər naziri zorakılığa məruz qalıb

Pakistandan Əfqanıstana deportasiya edilmiş təxminən 250 min uşağın yardıma ehtiyacı var

Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşib

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək VİDEO

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq VİDEO

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib

Tural Gəncəliyev: Fransa öz gözündə tiri görmək istəmir

Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb

Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur - ŞƏRH

Komitə sədri: Fransa demokratik ideyaları məhv edir VİDEO

Polşalı professorlar BMU tələbələrinə mühazirə oxuyublar

Tələbələr Dendrologiya İnstitutunda istehsalat təcrübəsinə başlayıblar

® Kreditlərinizi “Kapital Bank”a gətirin, nağdlaşdırma komissiyası olmadan kredit əldə edin