CƏMİYYƏT


Adın şərəflidir sənin ey qadın...

Bakı, 7 mart, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.

RSXM-nin informasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə çıxış edən RSXM-nin baş direktoru, professor Qurban Yetirmişli bayram münasibətilə qadınları təbrik edib, ölkəmizdə qadınlara göstərilən hörmət, xalqımızın tarixində qadın sərkərdə, diplomat və hökmdarların oynadığı roldan danışıb.

RSXM-nin İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı mərkəzin qadın əməkdaşları adından rəhbərliyə təşəkkür edib, ölkəmizdə qadınların inkişafi, təhsil alması və karyera qurması üçün dövlət tərəfindən geniş imkanlar yaradıldığını bildirib: “Müsəlman Şərqində ilk dəfə səs hüququ, seçmək hüququ Azərbaycan qadınına verilib. Bu gün Azərbaycanda elə bir sahə yoxdur ki, orada qadınlar çalışmasın. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti bizim üçün həm bir örnək, nümunə, həm də stimul mənbəyidir",- deyə söyləyib.

Tədbirin yekununda qadın əməkdaşlara hədiyyələr təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.