CƏMİYYƏT


Ədliyyə Nazirliyinin məhkəmə ekspertizası mərkəzinə qulluğa qəbulla bağlı növbəti açıq müsabiqə elan edilir

Bakı, 19 oktyabr, AZƏRTAC

Məhkəmə ekspertizası mərkəzinin Müsabiqə Komissiyası bildirir ki, həmin mərkəzə qulluğa qəbulla bağlı son müsabiqədə müvəffəqiyyət qazanmış namizədlər hazırda peşə fəaliyyətinə buraxılma məqsədilə Ədliyyə Akademiyasında icbari təlim keçirlər.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bununla belə Məhkəmə Ekspertizası Mərkəzində vakant ştat vahidlərinin komplektləşdirilməsi üçün peşəkar kadrlara olan ehtiyac nəzərə alınaraq növbəti açıq müsabiqə elan edilir.

Vakant ştat vahidləri Məhkəmə Ekspertizası Mərkəzində əsasən filologiya (Azərbaycan dili və ədəbiyyatı), fizika, kimya, inşaat mühəndisliyi, mühəndis sistemlərinin və qurğularının tikintisi mühəndisliyi, yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi, yol hərəkətinin təşkili, eləcə də Mərkəzin Şirvan regional bölməsində kimya ixtisası üzrədir.

Ədliyyə orqanlarında qulluqkeçmə ilə bağlı qanunvericiliyin tələblərinə cavab verən həmin ixtisaslar üzrə ali təhsilə malik Azərbaycan Respublikasının vətəndaşları müsabiqəyə dəvət olunurlar.

Arzu edənlər 2017-ci ilin oktyabrından etibarən müəyyən olunmuş ərizə formasını və digər zəruri sənədləri aşağıda göstərilən ünvanlarda:

• Məhkəmə Ekspertizası Mərkəzinin inzibati binasında (Bakı şəhəri, Xəqani küçəsi 24, tel: (012) 498-09-71);

• Mərkəzin Gəncə regional bölməsində (Gəncə şəhəri, Kəpəz rayonu, V.Xuluflu küçəsi 11, tel: (0222) 65-18-96);

• Mərkəzin Şəki regional bölməsində (Şəki şəhəri, Salman Mümtaz küçəsi 1, tel: (+99470) 229-30-29);

• Mərkəzin Şirvan regional bölməsində (Şirvan şəhəri, 20 Yanvar küçəsi 16, tel: (02121) 5-55-91) təqdim edə bilərlər.

Müsahibədə iştirak etmək üçün qanunvericiliyə əsasən tələb olunan sənədlərin siyahısı və imtahana hazırlıqla bağlı “Yaddaş kitabçası” Mərkəzin internet səhifəsində (www.expert.gov.az) “İşə qəbul” bölməsində yerləşdirilib, habelə Mərkəzə və onun regional bölmələrinə müraciət edənlərə veriləcək.

Mərkəzin internet səhifəsindən, eləcə də yuxarıda göstərilən telefon nömrələrinə zəng etməklə bütün suallarla bağlı operativ informasiya almaq olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.