Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Ədliyyə işçiləri peşə bayramlarını böyük qələbə sevinci ilə qeyd ediblər

Bakı, 23 noyabr, AZƏRTAC

İyirmi iki noyabr - ədliyyə işçilərinin peşə bayramı günü bu il xalqımızın şanlı qələbə sevinci ilə birgə qeyd olunur.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bu münasibətlə ədliyyə orqanlarında və məhkəmələrdə xüsusi karantin rejiminə əməl edilməklə silsilə tədbirlər təşkil olunub, xalqımızın Vətən müharibəsində zəfər yürüşünə, Azərbaycan ədliyyəsinin tarixi inkişaf yoluna nəzər salınıb, ədliyyə işçiləri və hakimlər tərəfindən mətbuatda çıxışlar edilib, tarixi qələbəmizə həsr olunmuş foto və videomateriallar nümayiş etdirilib.

Bundan əlavə, bayram ərəfəsində ədliyyə işçiləri və hakimlər tərəfindən Silahlı Qüvvələrə Yardım Fonduna 900 min manatdan çox məbləğdə ianə edilib, yaralılara baş çəkilərək sovqatlar verilib, ənənəvi olaraq qanvermə aksiyaları keçirilib.

Peşə bayramı ilə əlaqədar Ədliyyə Nazirliyinin və Ali Məhkəmənin rəhbərliyi Fəxri xiyabana gedərək müasir Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə əklil qoyub. Akademik Zərifə xanım Əliyevanın məzarı önünə gül dəstələri düzülüb, Şəhidlər xiyabanında xalqımızın azadlığı və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman övladlarımızın, həmçinin Vətən müharibəsində şəhid olmuş ədliyyə işçisinin əziz xatirəsi anılıb.

Bayramlar münasibətilə, həmçinin Ədliyyə Nazirliyi kollegiyasının videoformatda xüsusi iclası keçirilib. Əvvəlcə dahi öndərin nazirlikdəki büstü önünə tər çiçəklər qoyulub.

Tədbiri açan ədliyyə naziri Fikrət Məmmədov ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində parlaq qələbə və peşə bayramı münasibətilə kollektivi təbrik edib. Möhtəşəm zəfərlərimizə həsr olunmuş və nazirlik tərəfindən hazırlanmış videoçarx nümayiş etdirilib.

Nazir rəşadətli ordumuzun tarixi torpaqlarımızı, Qarabağın tacı olan Şuşanı azad edərək döyüş meydanında şanlı qələbələr qazandığını, dövlət başçısının sərkərdə istedadı və diplomatik məharəti nəticəsində düşmənin siyasi müstəvidə faktiki kapitulyasiyasına və işğal altında qalan digər ərazilərimizin qaytarılmasına nail olduğunu qeyd edib.

Ölkə Prezidentinin noyabrın 20-də Qarabağın ürəyi - Ağdam rayonunun birgə Bəyanata uyğun olaraq sülh yolu ilə qan tökülmədən azad olunması barədə xəbərinin peşə bayramlarını qeyd edən ədliyyə işçiləri tərəfindən böyük sevinc hissi ilə qarşılandığını bildirib, "Düşmənə döyüşsüz qalib gəlmək müharibə sənətinin zirvəsidir" müdrik kəlamını xüsusi diqqətə çatdırıb.

Ədliyyə naziri qeyd edib ki, ulu öndər Heydər Əliyevin ən ümdə vəsiyyətini şərəflə yerinə yetirərək adını əbədi olaraq tariximizə müzəffər Ali Baş Komandan kimi qızıl hərflərlə həkk edən dövlətimizin başçısı xalqımızın qəlbində Milli Qəhrəmana çevrildi. Görkəmli dövlət xadimi olaraq uzun sürən savaşa son qoyaraq sülhü bərqərar etməklə, bəşəriyyətdə sülh naminə mühüm xidmətlər göstərdi.

Tədbirdə Ali Baş Komandanın ən sadiq silahdaşı olan respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın yorulmaz fəaliyyəti, cəbhədə döyüşən igid hərbçilərimizə dəstəyi və qayğılı münasibəti, xalqımızın ədalətli mübarizəsi naminə hər birimizi informasiya platformalarında mübarizəyə sövq edən vətənpərvər çağırışları xüsusi qeyd olunub.

Vətən müharibəsinə, o cümlədən könüllü olaraq yollanan ədliyyə və məhkəmə işçilərinin də fədakarlıq və qəhrəmanlıq göstərdikləri vurğulanıb, bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan həqiqətlərinin, Ermənistanın işğalçılığının, müharibə və insanlıq əleyhinə cinayətlərinin beynəlxalq ictimaiyyətə geniş çatdırılmasına Ədliyyə Nazirliyinin də fəal qoşulduğu qeyd olunub.

Bildirilib ki, bu ərəfədə Avropa Şurası Baş katibinin, Avropa Şurası Parlament Assambleyasının, Avropa İnsan Hüquqları Məhkəməsinin və digər ixtisaslaşmış qurumların rəhbərlərinin, habelə Avropa İttifaqı ədliyyə komissarının iştirakı ilə Avropa ədliyyə nazirlərinin videoformatda konfransı keçirilib. İlk məruzəçi qismində çıxış edən F.Məmmədov Ermənistanın hərbi təxribatlarını və dinc əhaliyə qarşı müharibə cinayətlərini, vandalizm və beynəlxalq hüququn pozulması faktlarını həmkarlarının və beynəlxalq təşkilatların yüksək təmsilçilərinin diqqətinə çatdırıb, bununla bağlı Ermənistanın beynəlxalq müstəvidə məsuliyyətə cəlb olunaraq cavab verməli olduğu vurğulanıb.

Xarici dövlətlərin ədliyyə nazirlərinə, dünya prokurorlarına, nazirliyin sıx tərəfdaşlıq etdiyi nüfuzlu beynəlxalq təşkilatlara müraciətlər ünvanlanaraq, həmçinin müxtəlif dövlətlərin səfirləri ilə görüşlər keçirilərək Ermənistanın beynəlxalq insan hüquqları və humanitar hüquq normalarını kobud surətdə pozması, müharibə və insanlıq əleyhinə cinayətləri geniş qeyd olunub, beynəlxalq birlik ədalət naminə bu məsələdə prinsipiallıq göstərərək qəti tədbirlər görməyə çağırılıb.

Bununla yanaşı, Azərbaycan ədalətli mövqeyinin təbliği və geniş yayılması məqsədilə üç dildə "Qarabağ Azərbaycandır!" elektron məlumat platforması (http://justice.gov.az/categories/1148) yaradılıb. Daim yenilənən və interaktiv rejimdə fəaliyyət göstərən platformada Vətən müharibəsi dövründə dövlət başçısının və Birinci vitse-prezidentin fədakar xidmətləri, Zəfər yürüşümüzə dair xəbərlər, sənədlər, foto və videomateriallar, hüquqi maarifləndirməyə dair nazirliyin hazırladığı materiallar əks olunub. Digər saytlara inteqrasiya olunmuş platformadan artıq minlərlə istifadəçi yararlanıb.

Eyni zamanda, dövlət başçısının tapşırıqlarının operativ icrası üçün ədliyyə nazirinin rəhbərliyi ilə Qərargah yaradılıb, qarşıda duran vəzifələrin mütəşəkkil qaydada icrası məqsədilə yeni Qarabağ regional ədliyyə idarəsi təsis edilib və bütün işğaldan azad olunmuş torpaqlarımızdakı ədliyyə orqanları onun yurisdiksiyasına daxil edilib. İdarə fəaliyyətini digər qurumlarla əlaqəli həyata keçirəcəkdir.

Tədbirdə, həmçinin ədliyyə sahəsində görülmüş işlərə nəzər salınıb, fəaliyyətin qlobal pandemiya şəraitində təşkilinə baxmayaraq, işin təkmilləşdirilməsi üzrə tədbirlərin davam etdirildiyi, dövlət başçısının tapşırıqlarından irəli gələn vəzifələrin, o cümlədən ədliyyə və məhkəmə sahəsində idarəçiliyin müasirləşdirilməsi, şəffaflığın artırılması, korrupsiyanın qarşısının alınması, innovasiyaların tətbiqi üzrə əməli işlərin görüldüyü qeyd edilib.

Azərbaycan ədliyyəsinin qədim vaxtlardan müasir dövrümüzə qədər tarixini əks etdirən, nəfis çap olunmuş kitab kollektivə təqdim edilib. Bildirilib ki, kitabda ədliyyənin təşəkkülü, müasir hüquq sistemimizin banisi, ümummilli lider Heydər Əliyev tərəfindən ədliyyə sisteminin və məhkəmə hakimiyyətinin formalaşmasına göstərilən xüsusi diqqət və qayğı, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bu sahədə fəaliyyətin müasirləşdirilməsi barədə maraqlı məlumatlar əks olunub.

Çıxış edən məcburi köçkün ədliyyə işçiləri Qələbə münasibətilə, xüsusilə doğma torpaqlarının azad olunmasına görə sevinclərini bölüşüb, torpaqlarımızı işğaldan qurtarmaqla hər kəsə unudulmaz və sonsuz iftixar hissləri bəxş etdiyi üçün ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə ediblər.

Tədbirdə tarixi Qələbə münasibətilə və ədliyyə sisteminin inkişafına xüsusi qayğıya görə ədliyyə işçiləri adından ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevə müraciət qəbul edilib. Bildirilib ki, böyük inam və ruh yüksəkliyi ilə ölkə Prezidentinin ətrafında sıx birləşən ədliyyə işçiləri demokratik hüquqi dövlət quruculuğu, azad olmuş torpaqlarımızın bərpası naminə üzərlərinə düşən vəzifələri şərəflə yerinə yetirmək əzmindədirlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

YAP Səbail rayon təşkilatı Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbiri keçirib

“Azərbaycanda sənayeləşdirmə: reallıqlar və perspektivlər” – yeni nəşr

Yığmanın baş məşqçisi: Toplanışda keçirdiyimiz matçlar kifayət qədər faydalı oldu

DGK sədri Misir səfiri ilə görüşüb

Şirvan–Salyan Regional Təhsil İdarəsinin fəaliyyəti ilə bağlı müraciətlərə bu nömrə cavab verəcək

Daxili işlər naziri Şamaxıda vətəndaş qəbulu keçirib

Fövqəladə Hallar Nazirliyi və “Azərbaycan Dəmir Yolları” QSC birgə təlim keçirib VİDEO

Ötən il BDU-nun Tarix fakültəsinin əməkdaşlarının 4 dərslik və 15 dərs vəsaiti çap olunub

Paytaxt sakininin telefon və çantasını talayan şəxs saxlanılıb VİDEO

“AMEA-da elektron hərəkat və yeni çağırışlar” - seminar

Misirin aparıcı media nümayəndələri ilə görüş olub

“Ermənistanın dostları” şəbəkəsinin əsas məqsədi bölgədə Aİ-nin maraqlarını həyata keçirməkdən ibarətdir - RƏY

Gürcüstan iqlim dəyişikliyi ilə mübarizəyə 3,7 milyard lari xərcləyəcək

“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Nyu-York metrosunda zorakılıq halları artıb

“Muzeydə musiqi” layihəsi: Azərbaycan Milli İncəsənət Muzeyində növbəti konsert

Sorğu: Bayden Trampı 3 faiz fərqlə qabaqlayır

Nizamişünas alimin məqaləsi Türkiyədə çap edilib

Fevralda DSMF tərəfindən 26,6 minə yaxın vətəndaş müraciəti cavablandırılıb

“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir VİDEO

“Neftçi”nin iki futbolçusu “Qəbələ” ilə oyunu buraxacaq

Çin uçuş məsafəsi iki min kilometrdən çox olan zenit raketi hazırlayıb

Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib

D vitamini uşaqların sümük-əzələ sisteminin sağlamlığında mühüm rol oynayır

“AzInTelecom”un “Hökumət Buludu” layihəsi “WSIS-204” müsabiqəsində iştirak edir

Rusiyada terror aktından zərərçəkənlərə dəstək məqsədilə Müslüm Maqomayevin mahnılarından ibarət albom buraxılıb

Millinin baş məşqçisi: Macarıstan və İsveçrə ilə oyunlar bizim üçün yeni təcrübə olacaq

DTX təhlükəsizliyimizin qarantı, xalqımızın qürur yeridir

“Ulu Öndər və yəhudilər” sənədli filmi İsrail mətbuatında

Türkiyənin vitse-prezidenti: Daxili istehlakın ifrat artımı ölkənin iqtisadi inkişafına zərbə vurur

Şröder: Putinlə şəxsi münasibətlərim Ukraynada sülh prosesinə fayda verə bilər

BŞİH-də müşavirə keçirilib, “Lifttəmir”in direktoruna şiddətli töhmət verilib

Əhalinin tibbi xidmətlərə əlçatanlılığı ilə bağlı sorğunun nəticələri müzakirə olunub

Avropa çempionatı: Azərbaycan minifutbol millisinin mümkün rəqibləri bəlli olub

Qadınlar arasında keçirilən voleybol yarışında ADAU-nun komandası birinci yerə çıxıb

"GreenTech Startap və Yaşıl Texnologiyalar" müsabiqəsinə start verilir

Qazaxıstan Prezidenti: Orta Dəhliz üzrə daşımaların həcmi 10 milyon tona çata bilər

RF XİN: Ermənistan kollektiv Qərbin son dərəcə təhlükəli planlarının alətinə çevrilir

QHT sədri: Azərbaycanın vətəndaş cəmiyyətləri də COP29-un ölkəmizdə yüksək səviyyədə keçirilməsinə töhfə verə biləcəklər

DTX-nin rəisi: Ali Baş Komandanın bizə olan inamını daim doğrultmağa çalışacağımızı qətiyyətlə bəyan edirik

Rostropoviçlərin ev-muzeyində klassik musiqi konserti - “Bir ömrün simfoniyası”

Azərbaycanın basketbol yığmaları Türkiyə klublarına qalib gəliblər

Sabah ölkə ərazisində hava əsasən yağmursuz olacaq

Tarixçi alim: Həmrəy olaraq qarşıya qoyulan bütün hədəflərə mütləq çatacağıq

Bayram günlərində meşə fondu torpaqlarında 100 mindən çox ağac əkilib

Rusiyadan stikerləri Azərbaycan dilində olan məhsulların idxal müddəti uzadılıb

Ombudsman Səbinə Əliyeva Xankəndidə erməniəsilli sakinlərlə görüşüb

Məktəblərdə direktor müavini vəzifəsi ilə bağlı işə qəbul üzrə təkrar müsahibə keçiriləcək

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülüb VİDEO

Kəmalə Həşimova: Tezliklə Qərbi azərbaycanlıların da hüquqlarının bərpasına nail olacağıq

Davamlı öskürəyin ev şəraitində müalicəsi xəstəliyin ağırlaşmasına səbəb ola bilər

Milli Kitabxana Teymur Elçinin 100 illik yubileyi münasibətilə sərgi hazırlayıb

Azərbaycan millisinin voleybolçusu İndoneziya klubuna keçib

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Technest” təqaüd proqramı üzrə infosessiya keçirilib

ABŞ və Avropa İttifaqı özlərinin gündəliyində olan siyasəti israrla Ermənistana təlqin etməyə çalışır ŞƏRH

“Dövlətin təhlükəsizliyi naminə” - MƏQALƏ

DİM: Dövlət qulluğu üzrə imtahandan müvəffəqiyyətlə keçənlərin sertifikatlarının verilməsinə başlanılıb

Azərbaycan gimnastları Fransada beynəlxalq turnirdə iştirak edəcəklər

Tanışını öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

BMT: 783 milyon insanın aclıqdan əziyyət çəkdiyi bir şəraitdə qida tullantılarının həcmi 20 faizə çatıb

Azərbaycan Premyer Liqası: “Qarabağ” bu tur çempionluğu təmin edə bilər

Qusar Dövlət Ləzgi Dram Teatrı paytaxt tamaşaçıları qarşısında çıxış edib

Muxtar Nağıyev: Azərbaycan xalqı olaraq birlik və həmrəylik sayəsində məqsədlərimizə çatacağıq

Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat aparılır

Qərbin “sığortası” yeni münaqişə ocağı yaradacaq və ya iqtisadi tənəzzüllə bitəcək - ŞƏRH

Elektromobillərin dünya qiymətləri ucuzlaşa bilər

Bayram günlərində Qəbələ Dövlət Tarix-Bədii Qoruğunu ziyarət edənlərin sayı artıb

Seulda avtobus sürücülərinin tətili başlayıb

Salyanda məktəb direktoru işdən çıxarılıb

Yaşar Güler: Terror mövzusu Türkiyə gündəmindən tamamilə silinəcək

Beynəlxalq klub turnirlərində qapısını ən çox toxunulmaz saxlayan qolkiperlər bəlli olub

DİN: Martın 27-də 23,8 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Mərkəzi Bank uçot dərəcəsini endirib

Teatr Xadimləri İttifaqında Beynəlxalq Teatr Günü keçirilib

Süni intellekt Rusiyada meşələrin qanunsuz qırılması hallarını aşkar edəcək

Ali məktəblər arasında ilk dəfə BANM-də Süni intellekt elmi-tədqiqat laboratoriyası fəaliyyətə başlayıb

Mingəçevir Dövlət Universitetində Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan mühazirə keçirilib

Gənc Tamaşaçılar Teatrı aprel repertuarını təqdim edib

“Azərbaycan Teatrı” adlı elektron məlumat bazası yaradılıb

Mədəniyyət naziri Adil Kərimli İmişlidə vətəndaşları qəbul edəcək

Naxçıvanda yolda qaya uçqunu baş verib

Akademik: Azərbaycan cəmiyyətinin sonrakı inkişaf mərhələlərində Elmlər Akademiyası mühüm rol oynayıb

FHN: Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 4 nəfər xilas edilib

TKTA: Yerli akkreditasiyası olmayan ali məktəblərin diplomları tanınmır

® Mərkəzi Gömrük Hospitalında istehsalat təcrübəsi keçən tibb kolleclərinin tələbələri üçün növbəti təlim keçirilib

Ötən gün götürülən silah-sursatın sayı açıqlanıb

Bağçalara müdir vəzifəsinə işə qəbulun test imtahanı mərhələsi keçiriləcək

Hərbi institutun kursantları ilə praktiki məşğələlər keçirilib VİDEO

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Dendrologiya İnstitutu Qazax Milli Universiteti ilə əməkdaşlıq edəcək

Çində Asiya naminə Boao Forumunun illik konfransı keçirilir VİDEO

DİN: Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb

Daxili İşlər Nazirliyi Lənkərandakı qəza ilə bağlı məlumat yayıb – YENİLƏNİB

Ağır vəziyyətdə müalicə ocağına çatdırılan xəstə həkimlərin qayğısı sayəsində sağalıb

Akademik Milli Dram Teatrı Beynəlxalq Teatr Günündə şəkililərin qonağı olub

FHN: Bakıda döyüş tətbiqinə yararlı əl qumbarası və UZRQM partladıcısı aşkarlanıb VİDEO

Əmək bazarı bülleteni hazırlanıb

Energetika Nazirliyində kollegiya iclası keçirilib

Dünya birjalarında neft bahalaşıb