CƏMİYYƏT


Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edəcək

Bakı, 18 sentyabr, AZƏRTAC 

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədovun sentyabrın 21-də Qazax rayonunda nəzərdə tutulan Ağstafa, Qazax və Tovuz rayonlarından olan vətəndaşların qəbulu həmin tarixdə qeyd edilən bölgədə – Ağstafa rayonunda keçiriləcək.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ağstafa rayonunun Heydər Əliyev Mərkəzində (ünvan: Ağstafa şəhəri, Hüseyn Arif küçəsi 2) keçiriləcək qəbulda həmin rayonların vətəndaşlarının ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.

Vətəndaşlar qəbula Şəmkir regional ədliyyə idarəsi (ünvan: Şəmkir şəhəri, Heydər Əliyev prospekti 2; əlaqə telefonu: (02230) 5-48-81, (050) 396-91-20), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və [email protected] elektron poçt ünvanı vasitəsilə, eləcə də Ağstafa rayonunun Heydər Əliyev Mərkəzində yazıla bilərlər.

Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.