Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Ədliyyə naziri Daşkənddə Beynəlxalq Forumda iştirak edib

Bakı, 19 may, AZƏRTAC

Mayın 17-18-də Özbəkistanın paytaxtı Daşkənd şəhərində “Fundamental hüquqlar əbədi dəyərlər kimi” mövzusunda III Daşkənd Hüquq Baharı Beynəlxalq Forumu keçirilib.

Bu barədə Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a məlumat verilib.

Dünyanın 20 dövlətindən 700-dək nümayəndənin, o cümlədən yüksək səviyyəli hökumət rəsmilərinin, ədliyyə, məhkəmə və digər orqanların rəhbərlərinin, nüfuzlu ekspertlərinin və elm xadimlərinin, beynəlxalq təşkilatların nümayəndələrinin qatıldığı forumda Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov nümayəndə heyəti ilə iştirak edib.

Tədbiri giriş nitqi ilə Özbəkistanın ədliyyə naziri Akbar Taşkulov açıb. Plenar və bölmə sessiyalarla keçən forumda insan hüquqlarının qorunması, hüquqi sahədə İKT-lərin tətbiqi, məhkəmə ekspertizasının inkişafı, mediasiya, korrupsiyaya qarşı mübarizə, dövlət xidmətlərinin göstərilməsi və sair aktual məsələlər müzakirə olunub.

Plenar sessiyada çıxış edən ədliyyə naziri F.Məmmədov dost və qardaş Özbəkistanda keçirilən mötəbər forumun müsbət təcrübələrin mübadiləsi və ikitərəfli əlaqələrin genişləndirilməsi baxımından mühüm əhəmiyyətini qeyd edib, insan hüquqları kimi ümumbəşəri dəyərlərə daim sadiq olan Azərbaycanın təcrübəsi ilə bölüşüb.

Bildirib ki, ölkəmizdə insan hüquqlarının təminatı müstəqil dövlətimizin banisi, bu il Azərbaycanda və xaricdə, o cümlədən Özbəkistanda 100 illiyi geniş qeyd olunan Ümummilli Lider Heydər Əliyev tərəfindən dövlətimizin ali məqsədlərindən biri kimi bəyan edilib.

Nazir BMT-nin 2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərinin əsas hədəflərindən olan insan hüquqlarının və qanun aliliyinin təminatında müstəqil məhkəmə hakimiyyətinin mühüm rolunu qeyd edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahədə aparılan mütərəqqi islahatlar, ədliyyə və məhkəmə fəaliyyətində rəqəmsal innovasiyaların tətbiqi, əhaliyə keyfiyyətli dövlət xidmətlərinin göstərilməsi barədə ətraflı məlumat verib.

Həmçinin yüksək texnoloji müasir məhkəmə infrastrukturunun yaradılması, “Elektron məhkəmə” sisteminin tətbiqi, hakimlərin ən şəffaf seçimi, dövlətimizin humanizm siyasəti, məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması, fəaliyyətin digər sahələrində də müasir texnologiyaların, o cümlədən elektron nəzarət vasitələrinin geniş tətbiqi, “Dünyanın Ən Qabaqcıl Dövlət Xidməti” kimi qiymətləndirilən "ASAN xidmət"in səmərəli fəaliyyəti maraqla qarşılanıb.

Nazir iştirakçıların diqqətini torpaqlarımızın 30 illik işğaldan sonra azad olunaraq büsbütün dağıdılmış həmin ərazilərdə nəhəng bərpa-quruculuq işlərinin aparılmasına və soydaşlarımızın öz doğma yurdlarına qayıtmasına, bununla onların kütləvi pozulmuş hüquqlarının bərpasına cəlb edərək, qardaş Özbəkistanın Azərbaycana dəstək olaraq Füzulidə müasir böyük məktəb binasının inşa etdiyini məmnunluq hissi ilə vurğulayıb.

Forum çərçivəsində, həmçinin Özbəkistan, Qırğızıstan, Sinqapur və digər ölkələrin ədliyyə orqanlarının və beynəlxalq təşkilatların rəhbərləri ilə görüşlər keçirilərək faydalı danışıqlar aparılıb.

Səfər zamanı özbəkistanlı həmkarla Ədliyyə Nazirliyində keçirilmiş görüşdə dost və qardaş ölkələrimiz arasında tarixi köklərə malik əlaqələrin inkişafında ölkə prezidentləri İlham Əliyevin və Şavkat Mirziyoyevin xüsusi rolu vurğulanıb, hüquqi əlaqələrin genişləndirilməsi məmnunluqla qeyd edilib.

Özbəkistanın ədliyyə naziri oxşar tarixə malik ölkələrimizin keçdiyi inkişaf yoluna toxunaraq ötən ilin dekabrında Azərbaycana səfəri zamanı respublikamızın hərtərəfli tərəqqisinin və aparılan islahatların real nəticələrinin şahidi olduğunu vurğulayıb.

Görüşdə hər iki dövlətdə həyata keçirilən ədliyyə islahatları və tətbiq olunan yeniliklər barədə faydalı fikir mübadiləsi aparılıb, ikitərəfli əlaqələrin inkişafına maraq göstərilib.

Əldə olunan razılığa əsasən Azərbaycan və Özbəkistan Ədliyyə nazirlikləri arasında innovasiyaların, o cümlədən elektron xidmətlərin tətbiqi, hüquqşünasların tədrisi, qanunvericilik, məhkəmə ekspertizası və digər sahələrdə təcrübə mübadiləsinə dair konkret tədbirləri nəzərdə tutan yeni Əməkdaşlıq Proqramı imzalanıb.

Səfər çərçivəsində Azərbaycanın nümayəndə heyəti, həmçinin Özbəkistan Ədliyyə Nazirliyinin müxtəlif sahələrdə fəaliyyəti, o cümlədən media mərkəzi və ədliyyə tarixinə həsr olunan muzeylə, eləcə də yerli ədliyyə orqanları ilə tanış edilib, habelə Azərbaycan diasporunun nümayəndələri ilə görüşərək həmvətənlərimizin qayğıları ilə maraqlanıb.

Tədbirlərdə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev iştirak edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Vəkillər Kollegiyası ilə “Femida Könüllüləri” Təşkilatı arasında Memorandum imzalanıb və “Legal Meetup” keçirilib

MDU-nun əməkdaşı Finlandiyada təlimlərdə iştirak edir

Qırğızıstan Prezidenti Ağdam rayonunda məktəbin tikintisi barədə danışıb

Bakı ötən il ən çox birbaşa xarici investisiya cəlb edən şəhərlərin siyahısında 3-cüdür

Milli Məclisin Elm və təhsil komitəsi iki qanun layihəsini plenar iclasa tövsiyə edib

Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək

AzMİU-da təhsil və sənayenin birləşdirilməsinə dair müzakirə aparılıb

Zəngilanın Ağalı kəndində uşağa qayğı ilə bağlı valideynlər üçün tədbir təşkil olunub

Prezident Sadır Japarov: Birgə Bəyannamə Azərbaycan ilə Qırğızıstan arasında strateji münasibətlərin daha dərin xarakterini təsbit edir

ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib

Daşkənddə “Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı olub

Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərin bərpasında dəstəyinə görə Qırğızıstana təşəkkürünü bildirib

NBA-da müntəzəm mövsümün ən yaxşı oyunçusu bəlli olub

İraq məktəblilərinə Azərbaycan haqqında məlumat verilib

Peter Siyarto Azərbaycana səfərə yola düşüb

Prezidentin xüsusi nümayəndəsi: Cəbrayılda hazırda 109 kəhriz inşa olunur

Bəzi dağlıq və dağətəyi rayonların magistral avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

Nəsib Quliyevin intihar etməsilə bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır

Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb

Washington Post: ATACMS döyüş meydanında vəziyyəti Ukraynanın xeyrinə dəyişə bilər

Prezident İlham Əliyev: Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsinin artması tendensiyası mövcuddur

On minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq

Bu il Çində satılacaq avtomobillərin 45 faizi elektromobillərin payına düşəcək

“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq

Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub YENİLƏNİB-2

BDU-nun Fizika fakültəsi ilə “Azərbaycan British College” əməkdaşlıq edəcək

Azərbaycan avarçəkənləri lisenziya turnirində iştirak edəcəklər

Prezident İlham Əliyev: Azərbaycan Qırğızıstan ilə bütün istiqamətlərdə fəal qarşılıqlı əlaqələri davam etdirmək əzmindədir

Beynəlxalq elmi-praktik konfrans: “Yaşıl iqtisadiyyat - davamlı inkişafın modeli kimi”

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib YENİLƏNİB-2 VİDEO

“Taliban” İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradacaq

Qırğızıstan Qarabağda məktəb tikintisində iştirak edən üçüncü ölkə olacaq

Azərbaycan Prezidenti qırğızıstanlı həmkarını COP29-a dəvət edib

Azərbaycan-Başqırdıstan biznes-forumunda əməkdaşlıq haqqında 2 sənəd imzalanıb

Prezident İlham Əliyev: Qırğızıstan Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsinə töhfə verəcək

İspaniya Baş nazirinin həyat yoldaşına qarşı istintaq başlayıb

Qırğızıstan tərəfindən Ağdamda məktəb binası inşa ediləcək

Azərbaycan tennisçisi beynəlxalq yarışda medal qazanıb

Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək

Prezident İlham Əliyev və Prezident Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev: Biz ənənəvi tərəfdaşlarımızla, qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk

Pakistanlı alim Nizami Gəncəvi məqbərəsini ziyarət edib

Şuşada həyata keçirilən və planlaşdırılan işlər açıqlanıb

Azərbaycan-Rusiya əməkdaşlığı üçüncü tərəfə qarşı yönəlməyib ŞƏRH

Hərbi Dəniz Qüvvələri və FHN-in “Dalğa-2024” birgə taktiki təlimi keçirilir

“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2011-ci il 20 iyul tarixli 472 nömrəli, “Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2015-ci il 7 dekabr tarixli 704 nömrəli və “Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2016-cı il 25 yanvar tarixli 750 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və bəzi sərəncamlarının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

® “STP Şirkətlər Qrupu” ağacəkmə aksiyası keçirib

İdarə direktoru: Azərbaycanın istehsal sahələri və ixrac potensialı bizdə maraq doğurur

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

İlon Mask Hindistanda avtomobil zavodu tikilməsini təxirə salıb

Məsim Məmmədov: Laçın aeroportu istifadəyə verildikdən sonra buraya turist axını çox olacaq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

ABŞ nümayəndələri “ASAN xidmət”də olub

A.İ.İsmayılovun 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

® “Jolly Joker”in ilk qlobal məkanı “Jolly Joker Bakı”da Yıldız Tilbe izdihamı

Misir Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb

“Azərreyl”in voleybolçusu: Fantastik mövsüm və gözəl sonluq oldu

Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb

IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir

Al Paçino və Den Stivens “The Ritual” filmində əsas rolları canlandıracaqlar

Otuz ölkəni təmsil edən xarici ekspertlərin iştirakı ilə Laçında konfrans işə başlayıb

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu çərçivəsində gənclərlə görüş keçirilib

® Mərkəzi Gömrük Hospitalında “Son mərhələ qaraciyər xəstəliyi və viral hepatitlər" mövzusunda elmi konfrans keçirilib

AQTA bazar rəhbərlərinə xəbərdarlıq edib

BDU-da tanınmış jurnalist, yazıçı-publisist Bahəddin Həzi ilə görüş

“Neftçi”nin iki futbolçusu “Qarabağ”la matçı buraxacaq

Regional sabitliyə əsaslanmış Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub YENİLƏNİB VİDEO

“Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsi keçirilir

Cənubi Koreyanın dörd avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır

Samir Abasov: “El-Klasiko”nu analiz etmək mənə düşməz

Ankarada Türk dövlətlərinin kosmik texnologiyalar sahəsində əməkdaşlığı müzakirə edilir

Türkiyənin Kahramanmaraş Sütcü İmam Universitetinin nümayəndə heyəti UNEC-də olub

Mirhəsən Həsənov: Metsamor Atom Elektrik Stansiyası region dövlətləri üçün böyük təhlükə mənbəyidir

BANM-də beynəlxalq elmi konfransların açılışı olub

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilir

“Könüllülərə yol açırıq” - satış sərgisi

Artan dövlət borcu yükü Afrikanı yol ayrıcında qoyur - UNECA

Famil Ağayev: Bəlkə də mövsüm ərzində "Azərreyl"ə qalib gəlməyimiz bizi arxayınlaşdırdı

COP29 Azərbaycanın malik olduğu imkanların təqdimatı olacaq ŞƏRH

Azərbaycanda vergiödəyicilərinin sayı 7 faizdən çox artıb

Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək

Moskva məhkəməsi Rusiya müdafiə nazirinin müavinini həbs edib

Başqırdıstan istehsal etmədiyi məhsulları Azərbaycandan idxal etmək istəyir

Fövqəladə Hallar Nazirliyi avtonəqliyyat vasitələrində yanğınlarla bağlı əhaliyə müraciət edib

Aprelin 25-də hava əsasən yağmursuz keçəcək

Beynəlxalq təşkilat Fransanı nümayiş hüququnu məhdudlaşdırmaqda günahlandırır

Yaponiya arxeoloqları Romada imperator Avqustun sarayını aşkar ediblər

Ekoloji təhlükəsizliyin milli və beynəlxalq hüquqi təminatı - elmi-praktik konfrans

Danimarkada Makedoniyalı İsgəndərin təsviri olan qədim bəzək əşyası aşkarlanıb

Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub VİDEO

Şahmat üzrə Azərbaycan çempionatında ikinci finalçı bəlli olub

İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşüb

Aprelin 24-dən 30-dək Ümumdünya İmmunlaşdırma Həftəsi keçirilir

Avropa Parlamenti Balkanlarda ofis açmağı planlaşdırır

Milli Kitabxana “Qədim diyarın bir əsrlik yolu” adlı virtual sərgi hazırlayıb

İşğaldan azad edilən ərazilərimizdə ilk dəfə peşə yarmarkası keçiriləcək

Faktiki hava: Ötən gün Aran rayonlarında 31 dərəcə isti qeydə alınıb

“Azərbaycanın müasir müdafiə sənayesi” - BMU-da tələbələrlə görüş

Beynəlxalq forumun iştirakçılarının işğaldan azad olunmuş ərazilərə səfəri başlayıb VİDEO