CƏMİYYƏT
Ədliyyə naziri Gəncədə vətəndaşları qəbul edəcək
Bakı, 7 iyun, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Respublikasının Ədliyyə naziri Fikrət Məmmədov iyunun 14-də Gəncə şəhərində ədliyyə fəaliyyəti ilə bağlı vətəndaşları qəbul edəcək.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, eyni zamanda, Ədliyyə nazirinin müavini Vilayət Zahirov iyunun 12-də Samuxda, Ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi Ceyhun Həsənov isə iyunun 13-də Göygöl rayonunda vətəndaşları qəbul edəcəklər.
Vətəndaşlar qəbullara Gəncə regional ədliyyə idarəsi (ünvan: Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 28 may küçəsi; əlaqə telefonu: (022) 254-48-15,(022) 254-48-21), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və [email protected] elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.
Həmçinin vətəndaşların rahatlığı üçün nazirliyin rəhbərliyinin bölgələrdə keçiriləcək qəbullarına elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]