CƏMİYYƏT


Ədliyyə naziri: İrandakı səfirliyimizə hücum beynəlxalq hüquq normaları baxımından qəbuledilməzdir

Ədliyyə naziri: İrandakı səfirliyimizə hücum beynəlxalq hüquq normaları baxımından qəbuledilməzdir

Bakı, 28 yanvar, AZƏRTAC

Ədliyyə naziri Fikrət Məmmədov İran İslam Respublikasının ədliyyə naziri Amin Hüseyin Rahimiyə müraciət ünvanlayıb.

AZƏRTAC Ədliyyə Nazirliyinin saytına istinadla xəbər verir ki, Fikrət Məmmədov müraciətdə İrandakı səfirliyimizə qarşı yanvarın 27-də avtomat silahla törədilmiş, insan tələfatı və xəsarətləri ilə nəticələnən xain terror hücumunu qətiyyətlə pisləyib və bunun insanlıq və beynəlxalq hüquq normaları baxımından qəbuledilməzliyini qeyd edib.

Nazir İran tərəfinin həmin qanlı terror aktını törədənləri ədalət naminə ən qısa müddətdə layiqli cəzalandırılmasını təmin edəcəyinə və Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasından irəli gələn öhdəliklərini tam yerinə yetirəcəyinə inamını ifadə edib.

Ümidvarlığını bildirib ki, iranlı həmkarı səlahiyyətləri çərçivəsində bu məsələdə səylərini əsirgəməyəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.