CƏMİYYƏT
Ədliyyə naziri Oğuzda vətəndaşların qəbulunu keçirəcək
Bakı, 27 dekabr, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov tərəfindən dekabrın 30-da Oğuz rayonunda vətəndaşların qəbulu keçiriləcək.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəbulda Oğuz, Qəbələ və Ağdaş rayonlarında yaşayan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.
Vətəndaşlar qəbula Oğuz rayon icra şöbəsi (ünvan: Oğuz şəhəri, Heydər Əliyev prospekti, 1, əlaqə telefonu: (02421) 5-35-29, 5-39-03, (050) 852-63-33), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları, [email protected] elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.
Eyni zamanda, vətəndaşların rahatlığı üçün qəbula elektron qaydada birbaşa yazılmaq imkanı da yaradılıb. Bunun üçün Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.