CƏMİYYƏT


Ədliyyə nazirinin müavini Gəncədə vətəndaşları qəbul edib

Bakı, 13 oktyabr, AZƏRTAC

Prezident İlham Əliyevin dövlət qurumları tərəfindən vətəndaşlara yüksək xidmətin göstərilməsi, onların müraciətlərinə diqqət və xüsusi həssaslıqla yanaşılması barədə tapşırıqlarına uyğun olaraq, Ədliyyə Nazirliyinin rəhbərliyi tərəfindən vətəndaşların bölgələrdə qəbuluna böyük diqqət yetirilir.

AZƏRTAC Penitensiar Xidmətin saytına istinadla xəbər verir ki, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin yerlərdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi ədliyyə general-leytenantı Ceyhun Həsənov Gəncə şəhərindəki Regional Ədliyyə İdarəsində vətəndaşların qəbulunu keçirib.

Qəbuldan əvvəl Gəncə şəhərinin mərkəzi meydanında yerləşən ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla yad edilib.

Qəbul zamanı hər bir vətəndaş diqqətlə dinlənilib, qeyd olunmuş məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb, digər müraciətlər üzrə isə Penitensiar Xidmətin aidiyyəti məsul əməkdaşlarına müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar qəbul üçün yaradılmış rahat və əlverişli şəraitdən razılıq edib, onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Qəbuldan sonra nazir müavini Penitensiar Xidmətin Gəncə şəhərində yerləşən 2 saylı İstintaq Təcridxanasına baş çəkib, müəssisədə aparılan təmir-abadlıq işləri ilə tanış olub, həbs edilmiş şəxslərin hüquqlarının və mənafelərinin etibarlı qorunması, təcridxananın fəaliyyətinin təkmilləşdirilməsi ilə əlaqədar müvafiq tapşırıqlar verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.