CƏMİYYƏT


Ədliyyə nazirinin müavini Mingəçevirdə vətəndaşları qəbul edəcək

Bakı, 30 yanvar, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin vətəndaşların qayğı və problemlərinə diqqətlə yanaşılması barədə tapşırıqlarına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, fevralın 3-də Ədliyyə nazirinin müavini Azər Cəfərov tərəfindən Mingəçevir şəhərində vətəndaşların qəbulu keçiriləcək.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Mingəçevir şəhəri Heydər Əliyev Mərkəzində (ünvan: Mingəçevir şəhəri, 20 Yanvar küçəsi 172) keçiriləcək qəbulda Mingəçevir şəhəri, həmçinin Bərdə, Yevlax, Şəki və Goranboy rayonlarında yaşayan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.

Vətəndaşlar qəbula Bərdə regional ədliyyə idarəsi (ünvan: Bərdə şəhəri, Heydər Əliyev prospekti 77; əlaqə telefonları: (02020) 5-43-07, (051) 958-50-69), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və [email protected] elektron poçt ünvanı vasitəsilə, eləcə də Mingəçevir şəhəri Heydər Əliyev Mərkəzində yazıla bilərlər.

Eyni zamanda, vətəndaşların rahatlığı üçün qəbula nazirliyin elektron xidmətlər portalı (www.exidmet.justice.gov.az) vasitəsilə elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.