CƏMİYYƏT


Ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi Şirvanda vətəndaşları qəbul edəcək

Bakı, 29 yanvar, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi Ceyhun Həsənov fevralın 1-də Şirvan regional ədliyyə idarəsində (ünvan: Şirvan şəhəri, F.Eynullayev küçəsi, 17) vətəndaşları qəbul edəcək.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəbulda Şirvan, Hacıqabul, Saatlı, Sabirabad və Salyan rayonlarından olan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.

Vətəndaşlar Şirvan regional ədliyyə idarəsi (əlaqə telefonu: (02121) 5-15-66, 5-67-27, (051) 927-66-99, habelə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin (012) 493-54-30 və (051) 235-00-35 nömrəli telefonları və [email protected]  elektron poçt ünvanı vasitəsilə qəbula yazıla bilərlər.

Eyni zamanda, vətəndaşların rahatlığı üçün Ədliyyə naziri müavininin həmin gün keçiriləcək qəbuluna nazirliyin elektron xidmətlər portalı (www.exidmet.justice.gov.az) vasitəsilə elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.