ELM VƏ TƏHSİL


Ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün keçirilmiş test imtahanının nəticələri açıqlanıb

Bakı, 12 may, AZƏRTAC 

Dövlət İmtahan Mərkəzinin (DİM) Ədliyyə Nazirliyi ilə birlikdə Ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanının nəticələri açıqlanıb.

DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahanın nəticələri bu gün saat 14:07-dən etibarən mərkəzin internet saytında yerləşdirilib.

İmtahanda iştirak üçün namizədliyi qeydə alınmış 384 nəfərdən 83-ü imtahana gəlməyib. 55 və daha çox bal toplamış 165 namizəd müsabiqənin ikinci mərhələsinə – müsahibəyə buraxılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.