MƏDƏNİYYƏT


Adolf Hitlerə məxsus olduğu təxmin edilən saat hərraca çıxarılıb

Bakı, 30 iyul, AZƏRTAC

Nasizm ideologiyasının banisi Adolf Hitlerə məxsus qol saatı ABŞ-da keçirilən hərracda 1,1 milyon dollara satılıb.

AZƏRTAC xəbər verir ki, saat ABŞ-ın Merilend ştatındakı Çesapik şəhərindəki “Alexander Historic Auction House”da satışa çıxarılıb. Qızıl saatın korpusunda qartal, svastika və alman nasist liderinin inisialları var.

Hərrac evinin məlumatına görə, fransız əsgərləri bu saatı 1945-ci ildə Hitlerin Bavariya Alplarında yerləşən Berqofdakı evindən “xatirə” kimi alıblar.

Hələ hərrac başlamamışdan əvvəl təşkilatçılar sərt tənqidlərə məruz qalıb. 34 yəhudi liderinin açıq məktubunda saatın satışını "iyrənc" adlandırıb və nasist əşyalarının hərracdan çıxarılması tələb olunub.

Daha əvvəl çoxlu sayda nasist əşyalarını satışa çıxaran hərrac evi tarixi qorumağı hədəflədiyini açıqlayıb.

Assosiasiyanın rəhbəri, ravvin Menahem Marqolinin açıqlamasına görə, nasizmin mirası muzeylərə aiddir, hərraca deyil. Holokostun təşkilatçısına məxsus əşyaların satışı isə, hərrac evi sahibinin iddialarının əksinə olaraq, nasist dövrünün dəhşətlərinin öyrənilməsinə heç bir töhfə vermir.

Qeyd edək ki, Hitlerin Münhendəki evindən tapılan “Mein Kampf” kitabının bir nüsxəsi ötən il “Alexander Historical Auction House”da 20 min 655 dollara satılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.