İQTİSADİYYAT


Adsız istiqrazlar üzrə lotereyanın növbəti tirajı oynanılıb

Bakı, 30 iyul (AZƏRTAC). İyulun 30-da “Muğanbank” ASC-də adsız istiqrazlar üzrə lotereyanın 38-ci tirajının nəticələri müəyyənləşib. Prosesin şəffaflığını təmin etmək məqsədi ilə tiraj ASC-nin rəsmi saytında canlı yayımlanıb.

Bankdan AZƏRTAC-a verilən məlumata görə, adsız istiqrazlar üzrə hər tirajın uduş fondu 562 min 500 manat, uduşlu istiqrazların sayı isə 2 min ədəd təşkil edir. Maksimum uduş məbləği 50 min manatdır.

Tirajın nəticələri ilə “Muğanbank” ASC-nin rəsmi saytında tanış olmaq mümkündür (http://www.muganbank.az/retail/bearer-bonds/list/). Eyni zamanda bu barədə 933 Məlumat Mərkəzindən də məlumat almaq olar.

Növbəti 39-cu tiraj sentyabrın 15-də “Muğanbank” ASC-nin Ə. Rəcəbli, 21B ünvanında yerləşən baş ofisində keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.