İDMAN


Aerobika gimnastikası üzrə 4-cü Azərbaycan çempionatı və Bakı birinciliyinin birinci günündə maraqlı anlar yaşanıb

Bakı, 6 oktyabr, AZƏRTAC

Oktyabrın 6-da Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 4-cü Azərbaycan çempionatı və Bakı birinciliyi başlayıb.

AZƏRTAC xəbər verir ki, yarışda Azərbaycan gimnastları ilə yanaşı, Bolqarıstan, Rusiya, Ukrayna və Qazaxıstandan 200-dən artıq idmançı birincilik uğrunda mübarizə aparır.

Çempionatın birinci günündə 7-8, 9-11, 12-14, 15-17, 18 və daha böyük yaş kateqoriyalarında yer alan gimnastlar fərdi qadın, qarışıq cütlük, üçlük və qrup proqramında çıxış ediblər.

Bu yarış Beynəlxalq Gimnastika Federasiyası tərəfindən beynəlxalq turnir kimi təsdiqlənib. Bu baxımdan Azərbaycanda aerobika gimnastikası üzrə beynəlxalq turnir ilk dəfə təşkil olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.