İDMAN


Aerobika gimnastikası üzrə dünya çempionatı gələn il Bakıda təşkil olunacaq

Bakı, 10 aprel, AZƏRTAC

Mayın 14-16-da Bakıda keçirilməli olan və koronavirus pandemiyasına görə təxirə salınan aerobika gimnastikası üzrə dünya çempionatının vaxtı müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, çempionatın vaxtı Beynəlxalq Gimnastika Federasiyasının (FIG) İcraiyyə Komitəsi videokonfransı zamanı dəqiqləşib.

Qurum çempionatın 2021-ci ildə keçirilməsinə qərar verib. Həmin il ölkəmizdə batut gimnastikası üzrə dünya çempionatı da təşkil olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.