İDMAN


Aerobika gimnastikası üzrə təmsilçimiz beynəlxalq hakimlik dərəcəsinə layiq görülüb

Aerobika gimnastikası üzrə təmsilçimiz beynəlxalq hakimlik dərəcəsinə layiq görülüb

Bakı, 7 mart, AZƏRTAC

İsveçrənin Lozanna şəhərində Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən akrobatika gimnastikası üzrə hakimlik imtahanları keçirilib.

AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, təmsilçimiz Lalə Hüseynova imtahanı uğurla başa vuraraq, ilk dəfə beynəlxalq dördüncü hakimlik dərəcəsi əldə edib.

Qeyd edək ki, FIG qaydalarına əsasən, hər Olimpiadadan sonrakı yeni Olimpiya dövründə gimnastika idman növləri üzrə qaydalara dəyişikliklər edildiyi üçün hakimlər sahib olduqları hakimlik dərəcələrini hər dördildənbir təsdiqləməli və ya daha yüksək dərəcə almalıdırlar. Ümumilikdə 4 hakimlik dərəcəsi mövcuddur. Ən yüksək dərəcə birinci, ən aşağı dərəcə isə dördüncüdür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.