İDMAN


Aerobika gimnastlarımız Portuqaliyada iki turnirdə güclərini sınayıblar

Aerobika gimnastlarımız Portuqaliyada iki turnirdə güclərini sınayıblar

Bakı, 27 mart, AZƏRTAC

Portuqaliyanın Kantanhede şəhərində aerobika gimnastikası üzrə 11-ci açıq beynəlxalq turnir və dünya kuboku yarışları keçirilib.

AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, beynəlxalq turnirdə ölkəmizi yeniyetmələr arasında fərdi növdə Aylin Quliyeva və Məryəm Topçubaşova, gənclər arasında üçlük proqramında Dilarə Qurbanova, Sara Əlixanlı, Sənəm Kazımova, gənclər arasında fərdi proqramda isə Dilarə Qurbanova və Sara Əlixanlı təmsil ediblər.

Komandamızın üzvlərindən ən yaxşı nəticəni fərdi növdə Məryəm Topçubaşova göstərib. İdmançımız altıncı pillədə qərarlaşıb. Gənclər arasında üçlük proqramında təmsilçilərimiz yeddinci olub.

Beynəlxalq turnirin ardınca keçirilən dünya kuboku yarışlarında isə ölkəmizi XI Ümumdünya Oyunlarının bürünc, V İslam Həmrəyliyi Oyunlarının qızıl və gümüş mükafatçıları Mədinə Mustafayeva və Vladimir Dolmatov qarışıq cütlük və fərdi proqramda təmsil ediblər.

Komandamızın təcrübəli üzvlərindən fərdi proqramda çıxış edən Vladimir Dolmatov altıncı olub. O, komanda yoldaşı Mədinə Mustafayeva ilə qarışıq cütlük proqramında səkkizinci yerdə qərarlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.