İQTİSADİYYAT


“Aeroflot” Bakı-Moskva aviareysini təxirə salıb

Bakı, 6 fevral, Elvin Camalov, AZƏRTAC

Əlverişsiz hava şəraiti ilə əlaqədar “Aeroflot” aviaşirkətinin Bakı-Moskva reysi təxirə salınıb.

AZƏRTAC Heydər Əliyev Beynəlxalq Aeroportuna istinadla xəbər verir ki, fevralın 6-da saat 16:00-da həyata keçirilməli olan SU-1855 saylı Bakı-Moskva reysi təxirə salınıb. “Aeroflot” aviaşirkətinə məxsus “Boeing B737-500” təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportundan Moskvanın “Şeremetyevo” aeroportuna uçmalı idi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.