İQTİSADİYYAT


“Aeroflot” Böyük Vətən Müharibəsi veteranlarına pulsuz aviabilet verəcək

Moskva, 22 aprel, AZƏRTAC

Rusiyanın “Aeroflot” aviaşirkəti Böyük Vətən Müharibəsində Qələbənin 74-cü ildönümü ilə əlaqədar veteranlara pulsuz aviabilet verəcək.

AZƏRTAC xəbər verir ki, mayın 3-dən 12-dək “Aeroflot” Böyük Vətən Müharibəsi veteranlarına pulsuz aviabiletlərin verilməsinə dair ənənəvi aksiya keçirəcək. MDB ölkələrində, o cümlədən Azərbaycanda, Baltikyanı ölkələrdə, Gürcüstanda yaşayan Böyük Vətən Müharibəsi veteranları və əlilləri, nasist düşərgələrində olmuş yetkinlik yaşına çatmamış əsirlər “Aeroflot”un reyslərində ekonom sinfinə bilet əldə edə bilərlər. Aksiya iştirakçısını müşaiyət edəcək bir nəfərə də pulsuz bilet təqdim olunacaq.

Aksiya çərçivəsində biletlərin qeydiyyata alınması aprelin 23-dən mayın 12-dək davam edəcək. Aksiyanın şərtlərinə görə, uçuşlar mayın 3-dən 12-dək olan dövrdə başlamalıdır. Biletlərin istifadə müddəti 1 aydır.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.