İDMAN


“Aeroflot Open”də şahmatçılarımızdan ən yaxşı nəticə Azərbaycan çempionu Məhəmməd Muradlıya məxsusdur

Bakı, 23 fevral, AZƏRTAC

Fevralın 23-də Moskvada ənənəvi “Aeroflot Open” şahmat turnirinin dördüncü turuna start veriləcək.

AZƏRTAC xəbər verir ki, fevralın 22-də keçirilən üçüncü turda “A” qrupunda mübarizə aparan şahmatçılarımız Rauf Məmmədov Almaniya təmsilçisi Aleksander Donçenko, Eltac Səfərli ispaniyalı Ruiz Santosla heç-heçə ediblər. Rauf Məmmədovun aktivində 2, Eltac Səfərlinin isə 1,5 xalı var.

“B” qrupunda isə Məhəmməd Muradlı, Read Səmədov, Xanım Balacayeva, Vüqar Əsədli üçüncü turun oyunlarını qələbə ilə başa vurublar. Aydın Süleymanlı heç-heçə edib, Ülviyyə Fətəliyeva məğlub olub. Bu qrupda şahmatçılarımızdan ən yaxşı nəticə Azərbaycan çempionu Məhəmməd Muradlıya məxsusdur. Məğlubiyyətsiz irəliləyən idmançımızın aktivində 2,5 xal var.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.