DÜNYA


“Aeroflot” əlverişsiz hava şəraitinə görə 130-dan çox reysi ləğv edib

Bakı, 26 yanvar, AZƏRTAC

“Aeroflot” aviaşirkəti əlverişsiz hava şəraitinə görə yanvarın 26-27-də 130-dan çox reysi ləğv edib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, aviaşirkətin məlumatında yanvarın 26-da 68 reysin, 27-də isə daha 63 reysin ləğv ediləcəyi bildirilir.

Moskvadan London, İstanbul, Buxarest, Roma, Milan, Helsinki, Tallinn və geriyə, habelə Avropanın və Rusiyanın digər şəhərlərinə olan reyslər dayandırılıb.

Bundan başqa, 171 reysin vaxtı dəyişdiriləcək.

Meteoroloqların proqnozuna görə, yanvarın 26-dan başlayaraq Moskvada üç gün davamlı qar yağacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.