DÜNYA


Aeroflotun Yunanıstana uçan təyyarəsi Moskvaya geri dönməyə məcbur olub

Afina, 14 mart, AZƏRTAC

Moskvadan Salonikə uçan təyyarə təcili Şeremetyevo aeroportuna qayıtmağa məcbur olub.

AZƏRTAC xəbər verir ki, buna səbəb ön pəncərənin çatlaması olub. 48 sərnişinin yerləşdiyi Sukhoi Superjet 100 təyyarəsinin pilotları yüksəkliyə qalxarkən çatı müəyyən edib və geriyə dönüb. İstintaq komitəsi məsələ ilə bağlı araşdırma aparır.

Qeyd edək ki, Sukhoi Superjet 100 “Suhoi” şirkəti tərəfindən istehsal edilib və SSRİ-nin dağılmasından sonra Rusiyada yaradılan yeganə müasir mülki təyyarədir.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Afina

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.