MƏDƏNİYYƏT
Afaq Bəşirqızı: Azərbaycan Prezidenti və birinci xanım ilə görüşümüzdə çox önəmli məsələlər qaldırıldı
Bakı, 2 mart, AZƏRTAC
Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşündə çox önəmli məsələlər qaldırıldı, mühüm təkliflər irəli sürüldü. Bu görüş bizdə çox gözəl təəssüratlar yaratdı. Biz incəsənət xadimləri öz problemlərimizi hər kəsə danışa bilmirik. Buna görə də Prezidentimizin də qeyd etdiyi kimi, belə görüşlərin keçirilməsi çox vacibdir.
Bu fikirləri AZƏRTAC-a Xalq artisti Afaq Bəşirqızı söyləyib.
“Biz sənətdə bu məqama asan gəlib çıxmamışıq, sənət yolunda canımızı qoymuşuq. Amma bu gün biz sənət adamları qazandıqlarımızı öz şəxsi ambisiyalarımız üçün xərcləməməliyik, əldə etdiklərimizi gənc nəsillə paylaşmalıyıq. Mən görüşdə bu məsələni qaldırdım və çox da məmnun qaldım. Prezident də təkliflərimi gözəl qarşıladı, yekun çıxışında bu məsələyə də toxundu. İnanıram ki, nəticələr tez bir zamanda özünü göstərəcək”, - deyə Xalq artisti bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [14:55]
Daşkənddə “Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı olub
- 24.04.2024 [12:46]
Al Paçino və Den Stivens “The Ritual” filmində əsas rolları canlandıracaqlar
- 24.04.2024 [11:59]
Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək
- 24.04.2024 [11:31]
İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşüb
- 24.04.2024 [09:37]
Bakıda Qırğız kino günlərinin açılışı olub
- 24.04.2024 [08:00]