Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Afaq Məsud: Biz artıq genişlənmiş fəaliyyətimizə bir vaxtlar başladığımız yolun davamı kimi baxırıq...
Yeni Mərkəz tərcümə sahəsindəki qeyri-peşəkarlığın aradan qaldırılması istiqamətində zəruri addımlar atacaqdır

Bakı, 19 may (AZƏRTAC). Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi haqqında Əsasnamənin və Mərkəzin Strukturunun təsdiq edilməsi haqqında Fərman imzalamışdır. Dövlətimizin başçısının Sərəncamı ilə Mərkəzin direktoru təyin edilən Afaq Məsud qızı Vəliyeva – Afaq Məsud AZƏRTAC-a müsahibə vermişdir.

- Afaq xanım, dövlətimizin başçısının Tərcümə Mərkəzi il bağlı son Fərmanını necə qarşıladınız?

- Ölkə üzrə dil və tərcümə işlərini tənzimləyəcək bu qurumun yaradılması dövlətimizin başçısı İlham Əliyevin 2012-ci il 21 may tarixli “Azərbaycan dilinin qloballaşma şəraitində inkişafına dair Dövlət Proqramı”nda nəzərdə tutulan əhəmiyyətli bəndlərdən biridir. Belə irimiqyaslı, ölkə və dövlət əhəmiyyətli işin bizim Tərcümə Mərkəzinə həvalə edilməsini dövlətimizin bizə göstərdiyi böyük etimad kimi qiymətləndiririk. Bu etimadı doğrultmaqdan ötrü bütün qüvvəmizi səfərbər edəcəyik.

- Fərman demək olar ki, tərcümənin bütün sahələrini əhatə edir. Bu miqyasda işin öhdəsindən gəlmək üçün nə kimi tədbirlər görməyi planlaşdırırsınız?

- Düşünürəm, ilkin mərhələdə tərcümə sahəsindəki qeyri-peşəkarlığın aradan qaldırılması istiqamətində zəruri addımlar atılacaqdır. Bu, ilk növbədə, “Tərcümə Mərkəzi” adı altında fəaliyyət göstərən özfəaliyyət səviyyəli, kiçik qurumların işinin nəzarətə alınması, elm, təhsil, mədəniyyət, hüquq, neft siyasəti, hətta, dövlətlərarası rəsmi yazışmalar müstəvisinə ayaq açmış qüsurlu tərcümələrin qarşısının alınması olacaqdır. Hazırda nəzərdə tutduğumuz bu işin həyata keçirilməsi üçün işlək mexanizmlərin yaradılması, buna uyğun müvafiq qaydaların hazırlanması ilə məşğuluq. Bununla paralel şəkildə ölkədaxili tərcümə işlərinin nizamlanmasına dair tədbirlər planı üzərində işləyirik. Bu, ilk növbədə, dövlət qurumlarının, idarə və təşkilatların fəaliyyətinə dair elektron məlumat bazasının yaradılması, onların fəaliyyət dövriyyələrinə uyğun tərcümə işlərinin, mətn və materialların keyfiyyət baxımından tənzimlənməsinə dair saziş və müqavilələrin bağlanmasıdır. Bütün bu işlər mərhələli şəkildə həyata keçiriləcəkdir.

Növbəti mərhələlərdə tərcümənin spesefik sahələri üzrə - bədii, elmi, texniki, neft siyasəti, rəsmi, hüquqi və sair sahələr üzrə mütəxəssislərin yetişdirilməsi, tərcümənin spesifik sahələri üzrə xüsusi kursların yaradılması nəzərdə tutulur. Həmçinin ədəbiyyatımızı, mədəniyyətimizi, elmimizi, eləcə də digər sahələrdə qazandığımız uğurları dünya müstəvisində təbliğ edəcək yerli qurumların yaradılması nəzərdə tutulur. Digər daha geniş və əhatəli layihələrimiz də vardır ki, onlar mərhələli şəkildə həyata keçiriləcəkdir.

- Heç kimə sirr deyil ki, tərcümə bizim ən axsıyan sahələrimizdən olub. Bunun səbəbləri barədə nə düşünürsüz?

- Bilirsiniz ki, yaxın iyirmi il ərzində, yəni müstəqillik dönəminə qədər Azərbaycan dünyaya yalnız Rusiya vasitəsi ilə çıxa bilirdi. Ədəbiyyatımız, mədəniyyətimiz, elmimiz dünya ilə əsasən bu dil vasitəsilə əlaqələr yaradırdı. Bu gün isə ölkəmiz beynəlxalq aləmlə müxtəlif səviyyəli və səpkili münasibətlər quran, iş birlikləri yaradan aparıcı dövlətlər sırasındadır. Bu mənada, hər sahədə liderlik qazanmış Azərbaycanı bütün bu proseslərdə layiqincə təmsil edən, beynəlxalq müstəvidə qurduğu münasibətləri, anlaşma və yazışmaları, elmi, ədəbi-mədəni mübadilələri müvafiq səviyyədə tənzimləyən mükəmməl tərcüməyə ehtiyac var idi. Dövlətimizin başçısı İlham Əliyevin ölkənin tərcümə sahəsinin təkmilləşdirilməsinə dair imzaladığı son Fərman bu sahənin Avropa standartlarına uyğun şəkildə, ən müasir və işlək mexanizmlər üzərində qurulmasına geniş imkanlar yaradır. Odur ki, dünyanın aparıcı dilləri üzrə peşəkar tərcüməçi kadrların hazırlanması da Mərkəzin ümdə vəzifələri sırasındadır.

- Tərcümə sahəsində yaşanan digər acınacaqlı hal ayrı-ayrı sahələr üzrə tərcüməçi kadrların azlığı, çox hallarda yoxluğudur. Bu qədər sahəni əhatə edə biləcək tərcümə mütəxəssislərini işə cəlb edə biləcəksinizmi?

- Bu, tərcümə sahəsinin ən ağrılı tərəfidir. Bizdə tərcümə, cümlənin, fikrin, informasiyanın, sadəcə bir dildən o biri dilə çevrilməsi kimi anlaşılır və bu səbəbdən hansısa əcnəbi dilə yiyələnmiş tərcüməçi, özünü istənilən sahədə, istənilən mətnin tərcüməsində peşəkar və yararlı hesab edir. Lakin bu, heç də belə deyildir. Tərcümə - spesifik sahələr üzrə müəyyən bilik, məlumat, dil, terminoloji baza olmaqla yanaşı, həm də ədəbi istedad tələb edən, mürəkkəb, mürəkkəb olduğu qədər də məsul bir sahədir. Texniki, yaxud, hüquqi, kənd təsərrüfatı, tibb sahəsi üzrə, hətta püxtələşmiş mütəxəssisin, bədii ədəbiyyatı, şeiri, yaxud, pyesi tərcümə etməsi mümkündürmü? Yaxud, əksinə. Lakin əfsuslar olsun ki, bu sayaq hallar bu gün bütün sahələrdə baş verməkdə, bəzi hallarda, özünü beynəlxalq səviyyəli, rəsmi yazışmalarda göstərməkdə, ölkəmizin imicinə xələl gətirən anlaşmazlıqlar törətməkdədir. Bu sahədə ciddi islahatların aparılması, sahələr üzrə terminoloji lüğətlərin, tərcümə nəzəriyyəsinə dair ədəbiyyatların hazırlanması, xüsusi kursların yaradılması, tərcümə olunmuş materialların mütəxəssis rəyləri üzrə təsdiqlənməsi nəzərdə tutulan işlər sırasındadır.

- Rəhbərlik etdiyiniz Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi bu vaxta qədər yalnız bədii tərcümə ilə məşğul olurdu. Dövlətimizin başçısının bu Fərmanından sonra bədii tərcümə qarşıda gözlənilən bu irimiqyaslı işlərin axarında arxa plana keçməyəcək ki?

- Əslində, bütün növ tərcümələrin istedad göstəricisi və uğuru onun ədəbi dilə nə qədər sadiq olmağındadır. “Sadiq” deyəndə, təbii ki, mən dilin norma və qaydalarını nəzərdə tuturam. Bu mənada biz artıq genişlənmiş fəaliyyətimizə bir vaxtlar başladığımız yolun davamı kimi baxırıq. Bu baxımdan, ədəbiyyat Mərkəzin ən müqəddəs amalı olaraq qalacaqdır. Bu, şəksizdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yens Andersson: Başlıca məqsəd "Neftçi"yə xarakteri yaxşı olan futbolçular cəlb etməkdir

"Neftçi"nin idman direktoru: Azərbaycanın ən böyük klubunda işləmək qürurverici hissdir

Məleykə Abbaszadə gənclərə çağırış etdi: Özlərini aldatmasınlar

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 4 nəfər xilas edilib

Rusiyanın qəzaya uğrayan hərbi təyyarəsinin pilotlarından biri həlak olub

Şri-Lanka Rusiyaya çay ixracını 14 faiz artırıb

TDT diplomatiya akademiyalarının toplantısı Bakıda keçiriləcək

NASA süni intellekt sayəsində iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verəcək

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri İmişlidə vətəndaşlarla görüşəcək

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb

Sudanda 390-dan çox insan vəba və “denge” qızdırmasından ölüb

Narkotik vasitənin təsir altında avtomobil idarə edən sürücü ifşa edilib

Şərqşünas alim Ege Universitetində XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımlar haqqında məruzə deyib

AQTA sədri istehlakçılara çağırış edib

Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Maldiv Respublikasında parlament seçkilərini müşahidə edəcək

Ukraynaya daha bir hava hücumu: 8 nəfər ölüb, 25 nəfər yaralanıb VİDEO

Deputat: Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması yeni mərhələ deməkdir

Şirvan elektrik şəbəkəsi yenidən qurulur

Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialı: retrospektiv təhlil və gələcəyə baxış - AzMİU-da konfrans

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Kənan Bağırov

Dövlət Xidməti Şamaxıda maarifləndirici tədbir keçirib

Parlamentdə Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti ilə bağlı hesabatı müzakirə olunur

AFR-in vitse-kansleri saat yarım Kiyevdə bomba sığınacağında qalıb

Səməd Seyidov: Türk dövlətləri arasında münasibətlər intensivləşməkdədir

Yevlaxda genişzolaqlı internetə çıxış 71 faiz təşkil edir

ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib

İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

Premyer Liqada XXXI turun hakimləri bəlli olub

Türkiyə ordusu üçün daha 40 ədəd Hürkuş-B təlim təyyarəsi sifariş edilib

"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib VİDEO

Famil Ağayev: Məşqçilik karyeramın ən böyük həyəcanını keçirdim

Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması – elmi seminar

TDT-yə üzv ölkələrin parlamentlərinin beynəlxalq münasibətlər üzrə komitələrinin Bakıda konfransı keçiriləcək

Üç ayda DSMF-də 69 mindən çox vətəndaş müraciəti cavablandırılıb

XRİTDX-nin nümayəndə heyəti Türkiyədə “Müdafiə və Havaçılık sahəsində” keçirilən tədbirdə iştirak edir

Keniyalı general helikopter qəzasında ölüb

Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək

Milli Məclis 14 məsələnin müzakirəsinə başlayıb

İsmayıllıda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlanıb

Avstraliya öz vətəndaşlarını İsrail və Fələstini tərk etməyə çağırır

Beynəlxalq Muğam Mərkəzində “Sərhədsiz Puşkin” adlı konsert keçiriləcək

Azərbaycanda böyrək əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır

İsrail İrana raket zərbəsi endirdiyini təsdiqləyib

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

“Fotolarda canlanan tarix” sərgisi başa çatıb

Dubayda qastronomiya festivalı açılır

Azərbaycan Premyer Liqası: XXXI tura Tovuzda start veriləcək

“Turan Tovuz” klubunun rəsmisi: Avropanı Tovuz şəhərinə gətirmək istəyirik

Azərbaycanın voleybol çempionatlarında final və üçüncülük oyunlarının tarixləri bəlli olub

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanına qeydiyyat davam edir

Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

Bu gün tanınmış şair Tofiq Bayramın anım günüdür

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

DİN: Ötən gün 5 tüfəng təhvil götürülüb

Yaşıl dünya naminə həmrəy Azərbaycan

® “AlatBay” Logistik Mərkəzi “Edge Advanced Green” sertifikatına layiq görülüb

Azərbaycan neftinin qiyməti 88 dollara enib

Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edib

Xankəndidə silah-sursat aşkarlanıb

Axtarışda olan 80 nəfər saxlanılıb

Göyçayda vətəndaşlardan avtomat və tüfənglər götürülüb

Salyanda minik avtomobilləri toqquşub, yaralılar var

Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb

Azərbaycanla KAICIID-in gələcək əməkdaşlıq imkanları müzakirə olunub

Zərdabda sənədsiz silahlar aşkar edilib

Avropanın ən təhsilli xalqları Şimal zonasında yaşayır

Qubada yerin təkindən qanunsuz istifadə ilə bağlı tədbir keçirilib

ABŞ İsrailin İrana hücumu barədə məlumatlandırılıb

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Kürdə batan atanın meyiti tapılıb, 6 yaşlı qızı hələ də axtarılır VİDEO

Mali frankdan imtina etmək istəyir

Dubay aeroportu fəaliyyətini qismən bərpa edib

Fransanın daxili işlər naziri zorakılığa məruz qalıb

Pakistandan Əfqanıstana deportasiya edilmiş təxminən 250 min uşağın yardıma ehtiyacı var

Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşib

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-da BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək