DÜNYA
Afina yaxınlığında 3,8 bal gücündə zəlzələ baş verib
Afina, 11 sentyabr, AZƏRTAC
Yunanıstanın Attika rayonunun şimal-şərq hissəsində Afina yaxınlığında 3,8 bal gücündə zəlzələ baş verib.
AZƏRTAC xəbər verir ki, zəlzələnin episentri Nea Makri şəhərindən 8 kilometr şərq istiqamətində, 5 kilometr dərinlikdə qeyd olunub. Avropanın Aralıq dənizi seysmoloji mərkəzi və Afina Geodinamika İnstitutu zəlzələnin Afinanın mərkəzində hiss edildiyini bildirib.
Qeyd edək ki, Yunanıstanda son zamanlar zəlzələlər səngimir. Ekspertlərin fikrincə, qısa sürən təkanların baş verməsi güclü zəlzələnin baş verməsi ehtimalını azaldır.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Afina
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [16:14]
Latviyanın xarici işlər naziri istefa verib
- 28.03.2024 [15:42]
Gürcüstanda ailə quranların sayı 14,5 faiz azalıb
- 28.03.2024 [14:43]
Gürcüstan iqlim dəyişikliyi ilə mübarizəyə 3,7 milyard lari xərcləyəcək
- 28.03.2024 [14:37]
Nyu-York metrosunda zorakılıq halları artıb
- 28.03.2024 [14:35]
Sorğu: Bayden Trampı 3 faiz fərqlə qabaqlayır
- 28.03.2024 [14:13]