QAN YADDAŞI


Afinada 20 Yanvar hadisələri ilə bağlı tədbir təşkil olunub

Afina, 18 yanvar, AZƏRTAC

Yunanıstanın paytaxtı Afina şəhərində yerləşən Qərbi Attika Universitetində Qanlı 20 Yanvar hadisələrinin 32-ci ildönümünə həsr olunmuş “Qara Yanvar – müstəqilliyin bərpası istiqamətində dönüş nöqtəsi” mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Qərbi Attika Universitetinin müəllim və tələbə heyəti iştirak ediblər.

Universitetin professoru Panayotis Yannakopulos tədbirdə çıxış edərək 20 Yanvar hadisələrini Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsində mühüm tarix olduğunu vurğulayıb.

Sonra Azərbaycanın Yunanıstandakı səfiri Anar Hüseynov təqdimatla çıxış edərək Qanlı 20 Yanvar hadisələrinədək Azərbaycanın keçdiyi yol, hadisəni şərtləndirən səbəblər, sovet hökumətinin antidemokratik, antikonstitusional addımları, mülki əhali və əmlaka vurulan zərər, həmçinin ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı nümayəndəliyində çıxışı və nümayiş etdirdiyi mövqe barədə iştirakçılara məlumat verib. O, Qara Yanvarın Azərbaycan xalqının müstəqilliyin bərpası yolunda dönüş nöqtəsi olduğunu və bundan qısa müddət sonra Azərbaycanın müstəqilliyini bərpa etdiyini bildirib.

Səfir, həmçinin müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın keçdiyi yol, əldə etdiyi iqtisadi yüksəliş, Ermənistanın ölkəmizə hərbi təcavüzü, 30 illik işğal və 44 günlük Vətən müharibəsi barədə də iştirakçıları məlumatlandırıb.

Tədbir iştirakçılarına Azərbaycanla bağlı təbliğat materialları paylanılıb.

Daha sonra professor P.Yannakopulos Azərbaycan universitetləri ilə Qərbi Attika Universiteti arasında münasibətlər, “Erasmus” Proqramı çərçivəsində mövcud olan əməkdaşlıq barədə tələbələrə qısa məlumat verib.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Afina

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.