DÜNYA


Afinada Ali Məhkəmə prokurorunun müavininin evi yaxınlığında bomba yerləşdirilib

Afina, 13 noyabr, AZƏRTAC

Afinada Ali Məhkəmə prokurorunun müavini İsidor Doyakosun evi yaxınlığında əldəqayırma bomba yerləşdirilib. Naməlum şəxs “Efimerida ton sintakton” qəzetinin redaksiyasına zəng edərək ünvanı deyib və oradakı bombanın yaxın saatlarda partlayacağı barədə məlumat verib.

Tezliklə ünvana yetişən mütəxəssislər və polislər bombanın motosikletin üzərindəki qabda aşkar ediblər.

Bombanın partlamamasına səbəb kimi, onun səhv düzəldilməsi göstərilir. İstintaq davam edir. Ərazi nəzarətə götürülüb.

 

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Afina

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.