SİYASƏT
Afinada Cənub-Şərqi Avropa regionunda dialoq və əməkdaşlığın hazırkı vəziyyəti müzakirə olunacaq
Bakı, 22 noyabr, AZƏRTAC
Milli Məclisin ATƏT PA-da nümayəndə heyətinin rəhbəri, bu qurumun vitse-prezidenti və Cənub-Şərqi Avropa üzrə xüsusi nümayəndəsi Azay Quliyev Yunanıstanın Afina şəhərinə səfər edəcək.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Azay Quliyev səfər çərçivəsində ATƏT PA-nın Cənub-Şərqi Avropa üzrə xüsusi nümayəndəsi mandatı çərçivəsində Yunanıstanın dövlət və hökumət rəsmiləri, həmçinin Yunanıstan parlamentinin nümayəndələri ilə bir sıra görüşləri nəzərdə tutulur.
Görüşlərdə Cənub-Şərqi Avropa regionunda parlament ölçüsü çərçivəsində dialoq və əməkdaşlığın hazırkı vəziyyəti müzakirə olunacaq.
Azay Quliyev Yunanıstanda fəaliyyət göstərən siyasi partiya rəhbərləri və Yunanıstanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvləri ilə də görüşüb qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparacaq.
Səfər noyabrın 24-də başa çatacaq.