DÜNYA


Əfqanıstan-İran sərhədində silahlı toqquşma: bir nəfər şəhid olub

Tehran, 29 iyun, AZƏRTAC

Əfqanıstandan qanunsuz yollarla İrana keçmək istəyən bir qrup silahlı şəxs sərhədçilərin müqaviməti ilə qarşılaşıb. Silahlı toqquşmada bir nəfər İran sərhədçisi şəhid olub.

AZƏRTAC xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Naser Kənani bu gün Tehranda keçirdiyi ilk mətbuat konfransında məlumat verib. O nəzərə çatdırıb ki, adətən narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan qruplar İran sərhədçiləri ilə qarşılaşanda silah tətbiq edirlər.

N.Kənani bildirib ki, məsələ ilə əlaqədar Əfqanıstan tərəfinə xəbərdarlıq edilib. “Biz günahkarların cəzalandırılmasını və buna bənzər hadisələrin gələcəkdə baş verməməsi üçün Əfqanıstan hökumətindən tədbirlər görməyi tələb edirik”, - deyən N.Kənani qətlə yetirilən çavuş Məhəmməd Səyyadın ailəsinə hökumət adından başsağlığı verib.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.