SİYASƏT


Əfqanıstan Milli Şurası Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyən bəyanatlar qəbul edib

Bakı, 6 oktyabr, AZƏRTAC

Əfqanıstan Milli Şurasının Yuxarı və Aşağı palataları Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədikləri barədə bəyanatlar qəbul ediblər.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, hər iki palatanın bəyanatında Ermənistanın Azərbaycan Respublikasına qarşı hərbi hücumları qətiyyətlə pislənilir, ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün dəstəkləndiyi vurğulanır.

Əfqanıstan Milli Şurasının Yuxarı Palatası və Aşağı Palatası Ermənistanla Azərbaycan arasındakı hərbi toqquşmalar dövründə ermənilərin törətdikləri insanlıq əleyhinə cinayətlərlə bağlı, Azərbaycanın Xocalı şəhərinə və ümumiyyətlə, Dağlıq Qarabağ bölgəsinə dəymiş ziyanla bağlı dərin narahatlıqlarını ifadə edərək həlak olanların yaxınlarının kədərinə şərik olduqlarını bildirir, həmçinin bu hadisələrin günahkarlarının mühakimə olunmasını istəyirlər.

Bəyanatlarda vurğulanır ki, Əfqanıstan Milli Şurası BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinin ən qısa zamanda icrasına çağırır və Azərbaycanla Ermənistan arasında problemin birdəfəlik həllini istəyir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.