DÜNYA


Əfqanıstan Rusiyadan bir milyon barelə yaxın neft almaq niyyətindədir

Moskva, 15 avqust, AZƏRTAC

Əfqanıstan Rusiyadan bir milyon barelə yaxın neft almaq niyyətindədir.

AZƏRTAC xəbər verir ki, bu barədə Əfqanıstanın sənaye və ticarət naziri Nurəddin Əzizi jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, ölkəsi Rusiyadan bir milyon barel neft idxal etmək təklifi irəli sürüb və qarşı tərəfin ixrac neftinin həcmini artıracağına ümid bəsləyir.

Eyni zamanda, nazir Rusiya neftinin barterlə alınmasının mümkünlüyünü də bildirib.

Əfqanıstan Sənaye və Ticarət Nazirliyinin nümayəndə heyəti Rusiyada səfərdədir. Ölkə Rusiyadan ərzaq məhsullarının, o cümlədən buğda, un, günəbaxan yağının idxalında maraqlıdır.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.