DÜNYA


Əfqanıstan hakimiyyəti “Taliban” hərəkatının seçkilərdə iştirakına qarşı çıxmır

Bakı, 2 mart, AZƏRTAC

Rəsmi Kabil “Taliban” hərəkatının ölkədə keçirilən seçkilərdə iştirakına qarşı çıxmır.

AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, bu barədə Əfqanıstanın xarici işlər naziri Məhəmməd Hənif Atmar deyib.

“Biz taliblərin Əfqanıstan vətəndaşları kimi hüquqlarını qəbul edirik. Əgər onlar xalqı düşünürlərsə, əfqan xalqı uğrunda döyüşdüklərini hesab edirlərsə seçkilərdə iştirak etsinlər. Seçkilər xalqın bizə və ya “Taliban” hərəkatına etimad meyarı olacaq”, - deyə Məhəmməd Hənif Atmar bildirib.

Bir qədər əvvəl Əfqanıstan XİN-in rəhbəri Kabilin taliblərlə danışıqlarda vaxt məhdudiyyəti qoymadığını və rəsmi nümayəndə heyətinin əfqan xalqı qarşısında öhdəlikləri olduğu üçün danışıqlar masasını tərk etmədiyini bildirmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.