DÜNYA


Əfqanıstan hökumətinin nümayəndə heyəti taliblərlə danışıqlara gedir

Bakı, 10 sentyabr, AZƏRTAC

Əfqanıstan hökumətinin nümayəndə heyəti “Taliban” hərəkatının təmsilçiləri ilə danışıqlar aparmaq üçün sabah Qətərin paytaxtı Dohaya gedəcək.

AZƏRTAC Tolo News telekanalına istinadla xəbər verir ki, tərəflər Əfqanıstanda sülhün bərqərar olmasını müzakirə edəcəklər. Telekanalın məlumatına görə, əfqanlararası dialoq şənbə günü başlamalıdır.

Bu ərəfədə Əfqanıstan Prezidentinin mətbuat katibi bildirib ki, hökumət nümayəndələri taliblərlə danışıqlara “tam hazırdır” və bununla bağlı bütün texniki problemlər həll olunub.

Xatırladaq ki, ABŞ və “Taliban” fevral ayının sonlarında Qətərdə sülh sazişi imzalayıblar. Sazişə əsasən, Birləşmiş Ştatlar və onun müttəfiqləri 14 ay ərzində bütün qoşunları Əfqanıstandan çıxarmalıdır. O cümlədən “Taliban” hərəkatı və Əfqanıstan hökuməti arasında danışıqlar və atəşkəs rejimi başlanmalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.